|
|
(24.2.1881,
Tiflis– 24.7.1959, Bakı) – Azərbaycan yazıçısı,
müəllim və ictimai xadim. Azərbaycan əməkdar
incəsənət xadimi (1940).
Tiflis və Xorasanda təhsil almış, 1901 ildə Bakıya
gəlib 1934 ilədək müəllimlik etmişdir. İnqilabdan
əvvəlki yaradıcılığında—romantizm meylləri
əks olunmuşdur. Lirik şe‘rlərində azadlıq,
tərəqqi arzuları, nikbinlik, mübariz ruh əsas
yer tutur («Parçalar», 1908; «Hər şey köhnə»,
1909; «Zamanın inqilabçılarına», 1910; «İrəli»,
1914 və s.). «Məktub yetişmədi» (1908) hekayəsi
və «Əsrimizin qəhrəmanları» (1913–18) povestində
kapitalist Bakısındakı iqtisadi-ictimai bərabərsizlik,
xalqın ağır və faciəli həyatı əks
etdirilmişdir. «Köç» (1910) hekayəsində təbiət
gözəllikləri, xalq məişəti, kənd həyatı
zəngin boyalarla təsvir olunur. Abdulla Şaiq çoxcəhətli
ədəbi, pedaqoji və elmi fəaliyyət göstərmişdir.
Yeni həyatın, vətənin, əməkçi insanların
tərənnümü Abdulla Şaiqin şe‘rlərinin
(«Bizimdir», 1923; «Azadlıq pərisinə», 1925; «Zərbəçi»,
1933 və «Döyüş nəğməsi», «Vətən
nəğməsi» və s.) yazmışdır başlıca
ideya–mövzu xüsusiyyəti idi.
Azərbaycan nəsrində tarixi roman janrının inkişafında
mühüm addımlardan olan «Araz» (1938) romanı Bakı
proletariatının inqilabi mübarizəsindən bəhs
edir. «İldırım» dramında (1926) Azərbaycan kəndində
baş verən ictimai toqquşmalar təsvir olunur.
Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının
görkəmli nümayəndələrindəndir.«Tülkü
həccə gedir», «Yaxşı arxa», «Tıq-tıq xanım»,
«Şələquyruq» mənzum hekayələrində gözüaçıqlıq,
təvazökarlıq, doğruçuluq, təbiəti sevmək
təbliğ edilir. Abdulla Şaiq Azərbaycan uşaq dramaturgiyasının
banisidir: («Gözəl bahar», (1910), «El oğlu» (1939), «Vətən»
(1941), «Nüşabə» (1945), «Ana» (1946) pyesləri gənc
nəsildə vətənpərvərlik tərbiyəsinə
həsr olunmuşdur.
Dünya ədəbiyyatı ilə yaxşı tanış
olan , rus və fars dillərini mükəmməl bilən
Abdulla Şaiq Nizami, Şekspir, Defo, Krılov, Puşkin,
Lermontov, Qorki və b.-dan tərcümələr etmişdir.
Abdulla Şaiqin xalq maarifi sahəsində mühüm xidmətləri
olmuşdur. «Uşaq çeşməyi» (1907), «Gülzar»
(1912), «Milli qiraət kitabı» (1922), «Qiraət kitabı»
(1924) və s. dərsliklər yazmış, ali məktəblərdə
mühazirələr oxumuşdur.
Abdulla Şaiq tənqid və ədəbiyyatşünaslıq
sahəsində və çalışmış, Füzuli,
Nəsimi, Vaqif, M. F. Axundov, M. Ə. Sabir, A. Səhhət,
H. Cavid, M. Hadi və b. haqqında elmi məqalələr
dərc etdirmişdir.
Azərbaycan Dövlət Kukla Teatrına Abdulla Şaiqin
adı verilmişdir.

|
 |