|
|
(1899—1934)
— dramaturq, şair, yazıçı, rejissor. Azərb. əməkdar
inc. xad. (1932).
Yaradıcılığa lirik və satirik şerlərlə
başlamış, hekayələr yazmışdır.
Lakin C. ədəbiyyat tarixində yeni Azərb. dramaturgiyasının
banisi kimi tanınmışdır.
Onun "Solğun çiçəklər" (1917), "Aydın" (1919),
"Oqtay Eloğlu" (1922), "Od gəlini", "Sevil" (hər ikisi
1928), "1905 ildə", "Almaz" (hər ikisi 1931), "Yaşar" (1932)
və s. pyesləri Azərb. dramaturgiyası, teatrı,
habelə kinosunun inkişafında müstəsna rol oynamışdır.
|
 |