|
|
(1927
- 1925)
1927-ci il yanvar ayının 5-də Ağdam rayonunun Poladlı
kəndində anadan olmuşdur. Yeddiillik təhsilini kənddə
alan Ə. Qasımov Ağdam pedaqoji texnikumuna daxil olur.
Texnikumu bitirdikdən sonra Ağcabədi rayonunun Xocavənd
və Boyad kəndlərində müəllimlik edir.
Ə. Qasımov 1944-cu ildə Ağdamdakı 2 illik müəllimlər
institutuna daxil olub, 1946-cı ildə oranı bitirir.
O, 1946 – 51-ci illərdə Azərbaycan Dövlət Universiteti
filologiya fakultəsinin jurnalistika şöbəsində
oxumuşdur. Ə. Qasımov, oranı bitirdikdən sonra
«Azərbaycan müəllimi» qəzetində şöbə
müdiri və redaktor müavini (1951 – 1958-ci illər),
«Ədəbiyyat və incəsənət» qəzetində
məsul katib (1958 – 1966-cı illər) vəzifələrində
çalışmışdır.
1966-cı ildən Ə. Qasımov Azərbaycan SSR Nazirlər
Sovetini Dövlət mətbuat komitəsində nəşriyyat
idarəsinin rəisidir.
Ə. Qasımov ədəbi yaradıcılığa
ilk dəfə 1945-ci ildə Ağdamda müəllimlər
institutunda oxuyarkən başlamışdır. «Xalq arzusu»
adlı ilk şerri Ağdamda çıxan «Lenin yolu» qəzetində
çap olunmuşdur. Universitetdə oxuduğu illərdə
Ə. Qasımovun şerləri respublikanın müxtəlif
qəzet və jurnallarında dərc edilmişdir.
Ə. Qasımovun «Ərimizin ətəklərində»
adlı ilk oçerklər kitabı 1954-cu ildə çapdan
çıxmışdır. Bundan sonra isə «Şagird
briqadaları» (1960), «Odlu ürək» (1962), «Dnepr qəhrəmanı»
(1963), «Ulduz karvanı» (1967), «Saçlar ağarsa da» (1970)
adlı oçerklər kitabları nəşr olunmuşdur.
Roman 1972-ci ildə qırğız dilinə tərcümə
edilmişdir.
Ə. Qasımov «Məni qınamadın» (1968) adlı
povest və hekayələr kitabının, «Qızburunda
tək məzar» (1970) adlı sənədli povestin də
müəllifidir.
1985-ci il martın 12-də Bakıda vəfat etmişdir.
|
 |