|
|
(1905
1957) yazıçı, Azərbaycan SSR əməkdar incəsənət
xadimi.
Ə. Abbasov 1905-ci ildə keçmiş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur. İki il kənd məktəbində oxumuşdur. Sonralar Naxçıvanda bir dərəcəli məktəbi və Pedaqoji texnikumu btirib, 1928-ci ildə Bakıda Pedaqoji instituta daxil olmuşdur.
1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji texnikumunda dərs hissə müdiri, 1932 33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933 34-cü illərdə «Kommunist» qəzeti redaksiyasında çalışmışdır.
Ə. Abbasov 1934 37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937 39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939 41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943 47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947 48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949 57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir.
Ə. Abbasov 1957-ci iln dekabrında vəfat etmişdir.
|
 |