|
|
(1926
- 2000)
Şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Əməkdar
incəsənət xadimi (1984), əmək veteranı (1985).
1926-cı il martın 3-də Cənubi Azərbaycanın
Zəncan şəhərində dəmirçi ailəsində
anadan olmuşdur. «Azəri» orta qız məktəbində
təhsil almış (1933 - 1943), həmin məktəbdə
müəllim saxlanmışdır.
Sovet Ordusu İranda olduğu dövrdə ictimai siyasi fəaliyyətə
başlanmışdır. Xəmsə vilayət partiya
komitəsinin üzvü olmuşdur. İlk şerlərini
orta məktəbdə ikən fars, sonra Azərbaycan dilində
yazmışdır. Onun Azərbaycan dilində qələmə
aldığı ilk şerləri, «Fəhlə», «Gözlərim»,
«Sübh açıldı» və s. məqalələri
1945-ci ildə «Azər», «Vətən yolunda» qəzetlərində
və «Azərbaycan» jurnalında çıxmışdır.
Azərbaycan Demokrat Partiyası Zəncan Filayət Komitəsi
təbliğat şöbəsinin sədr müavini və
SSRİ ilə İran arasında mədəni rabitə
cəmiyyəti Zəncan şöbəsinin sədr müavini,
mədəniyyət evi kitabxanasının müdiri vəzifəsində
işləmişdir (1945 - 1946). Cənubi Azərbaycanda
inqilabi hadisələrin fəal iştirakçısı
olduğuna görə «21 Azər» medalı ilə təltif
edilmişdir.
1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə
yaşayır. Həmin vaxtdan fəal bədii və elmi
yaradıcılıqla məşğul olmuş, dövri
mətbuatda müntəzəm çıxış etmişdir.
«Şerlər» (1955), «Azadlıq baharı» (1963), «İthaf»
(1970), «Sənin könül otağın» (1980) və b.
kitabları Moskva və Bakıda rus dilində nəşr
olunmuşdur. ADU-nun filologiya yakültəsini bitirmiş
(1952), Azərnəşrdə ədəbi-bədii şöbədə
redaktor işləmiş (1952 - 1954), sonra Azərbaycan KP
MK nəzdində partiya məktəbini fərqlənmə
diplomu ilə bitirmişdir (1954 - 1956). Bu dövrdə o,
iki dəfə Azərbaycan Demokrat Partiyası MK-nın
üzvü seçilmişdir.
1956 – 1960-cı illərdə Azərbaycan Demokrat Partiyası
MK-nın siyasi orqanı – «Azərbaycan» qəzetinin baş
redaktoru vəzifəsində işləmişdir. 1960 –
1963-cü illərdə Moskvada Sov. İKP MK nəzdində
olan ictimai Elmlər Akademiyasının bitirmiş, orada
«İran Azərbaycanının realist-demokratik ədəbiyyatı»
mövzusunda dissertasiya müdafiə edərək filologiya
elmləri namizədi elmi dərəcəsini almışdır.
1964-cü ildənAzərbaycan EA Yaxın və Orta Şərq
Xalqları İnstitutunda baş elmi işçi vəzifəsində
işləmişdir. Azərbaycan Ali Soveti Rəyasət
Heyətinin Fəxri fərmanı və SSRİ medalları
ilə təltif edilmişdir.
2000-ci il noyabrın 22-də Bakıda vəfat etmişdir.
|
 |