|
|
(1909
- 1974)
Jurnalist, yazıçı M. Əkbər 1909-cu ildə
may ayının 5-də Naxçıvan MSSR Ordubad şəhərində
sənətkar ailəsində anadan olmuşdur. Ordubadda
klubda və kitabxanada işləmiş edərək, öz
dünya görüşünü artırmışdır.
Onun «Ordubad klubunun halı» adlı ilk yazısı 1924-cü
ildə «Yeni fikir» qəzetində dərc edilir.
1925-ci ildə isə Ordubadda yeni açılan kəndli-gənclər
məktəbində oxuyan M. Əkbər 1927-ci ildə
Naxçıvan pedaqoji texnikumuna göndərilir. Naxçıvan
pedaqoji texnikumunu bitirdikdən sonra «Kəndli qəzeti»ndə
müxbir kimi işləməyə başlayan M. Əkbər
1929-cu ildə Bakıda «Kommunist» qəzeti redaksiyasında
çalışır. O, burada Bakı neftçilərinin
həyatından bəhs edən bir sıra oçerklər
yazır və qəzetin səhifələrində dərc
etdirir.
M. Əkbər 1930-cu ildən başlayaraq hekayələr
də yazmış və «İnqilab və mədəniyyət»,
«Hücum» jurnallarında çap etdirmişdir. 1932-ci ildə
onun ilk oçerklər və hekayələr kitabı «Şamdan»
Adı ilə Azərnəşr tərəfindən nəşr
etdirmişdir.
1931 – 1938-ci illərdə M. Əkbər «İnqilab və
mədəniyyət», «Ədəbiyyət qəzeti», Azərbaycan
yazıçılar orqanı olan müxtəlif qəzet
və jurnalarında jurnalistlik fəaliyyətini davam etdirmiş
və 1944-cü ildən 1959-cu illər arasında isə
«Ədəbiyyat və incəsənət» qəzetində
məsul katib vəzifəsində çalışmışdır.
40 ildən çox ayrı-ayrı mətbuat səhifələrində
çalışan M. Əkbərin bir çox oçerk və
hekayələr kitabı nəşr edilmişdir: «Sumqayıtın
gənc quruçuları» (1958), «Həyatımızdan səhifələr»
(1963), «Qaliblər», «Dostlar və tanışlar» (1965) və
s. O, həm də tərcüməçiliklə də
məşhul olmuş 1951 – 52-ci illər də Çin,
bolqar yazıçılarının hekayələrini dilimizə
tərcümə etimiş və kitab halında çap
etdirmişdir.
M. Əkbərin yazıçılıq və jurnalistlik
fəaliyyəti partiya və hokumət tərəfindən
layiqincə qiymətləndirilmiş və o, «Qafqazın
müdafiəsi uğrunda», «1941 – 1945-ci il Vətən
müharibəsi illərində əmək şücətinə
görə» medalları ilə təltif olunmuşdur.
M. Əkbər 1974-cü il dekabr ayının 10-da Bakı
şəhərində vəfat etmişdir.
|
 |