|
|
1924-cü
il dekabrın 10-da Bakı yaxınlığındakı
Xırdalan kəndində anadan olmuşdur. Orta təhsilini
Xırdalanda alan N. Xəzri sonra Moskvada M. Qorki adına
Ədəbiyyat institutunda oxumuşdur. 1944-cü ildən
isə o şeirlərini ardıcıl olaraq dövrü
mətbuat səhifələrində dərc etdirir.
N. Xəzrinin ilk şeirlər kitabı 1950-ci ildə «Çiçəklənən
arzular» adı ilə çapdan çıxmışdır.
Ümumiyyətlə onun «Sülh əsgəri» (1951), «Salxım
söyüdlər» (1957), «Vətən və qürbət»
(1958), «Kim məni xatırlasa» (1960), «Dəniz, göy,
məhəbbət» (1965) və başqa kitabları nəşr
edilmişdir.
O, «Təmiz ürək», «Sən laylay deyəndə», «Qara
dəniz nəğməsi», «Günəşdə ləkə»,
«təbəssüm və göz yaşları», «Şairin
faciəsi», «Sumqayıt səhifələri», «Kiçik
təpə» poemalarının da müəllifidir. 1970-ci
ildə isə «Günəşin bacısı», «İki
Xəzər» poemalarına görə Lenin komsomolu mükafatı
almışdır.
N. Xəzrinin otuza yaxın şeirlər kitabı Azərbaycan,
rus və digər SSRİ xalqlarının dillərində
çapdan çıxmışdır. Onun şeir və
poemaları bolqar, çex, türk, fars və başqa dillərlə
də tərcümə edilmişdir.
Onun ilk dram əsəri «Sən yanmasan» Azərbaycan Dövlət
Akademik dram teatrında 1972-ci ildə tamaşaya qoyulmuşdur.
O, tərcüməçiliklə də məşğul
olmuşdur. N. Xəzri M. Lermontovun, D. Quralenşvili, A.
Tvardovski, A. Prokofyev, Ə. Şükuhi və başqa
şairlərin bir sıra şerlərini Azərbaycan
dilinə tərcümə etmişdir.
Azərbaycan Əməkdar incəsənət xadimi (1979),
xalq şairi (1984), SSRİ Dövlət mükafatı
laureatı (1973), Azərbaycan Dövlət mükafatı
laureatıdır (1982).
|
 |