|
|
(1921
- 1991)
Görkəmli jurnalist, nasirdir. Azərbaycan respublikasının
əməkdar mədəniyyət işçisi, professor,
«Qızıl qələm» mükafatı laureatıdır.
Nurəddin Babayev Azərbaycan jurnalistikası və publisistikasında
öz yeri, mövqeyi olan sənətkarlardandır.
Babayev Nurəddin Həsən oğlu 1921-ci il martın
21-də Gəncə şəhərində dəmiryolçu
ailəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən
sonra, 1944 – 1949-cu illərdə S. M. Kirov adına ADU-nun
filologiya fakültəsində təhsil almışdır.
Ədəbi fəaliyyətə 1939-cu ildə başlamış,
bundan sonra məqalə, oçerk və hakayələri
ilə vaxtaşırı çıxış etmişdir.
İlk «Əbədi qəhrəmanlıq» kitabı 1945-ci
ildə çap olunmuşdur.
Jurnalistlik fəaliyyətinə «Azərbaycan Pioneri» qəzetində
başlayan N. Babayev Böyük Vətən müharibəsi
dövründə döyüşən ordunun tərkibində
vuruşmuş və yaralanmışdır. Tərxis ədildikdən
sonra 1943 – 1945-ci illərdə «Kommunist» qəzeti redaksiyasında
şöbə müdiri, «Azərbaycan müəllimi»
qəzetində redaktor müavini, 1953-cü ildən isə
Uşaqgəncnəşrdə baş redaktor və eyni
zamanda ADU-nun jurnalistika kafedrasında baş müəllim
vəzifəsində çalışmışdır.
O, 1958-ci ildə «Azərbaycanda bədii oçerkin inkişafı»
mövzusunda namizədlik dissertasiyası müdafiə
edərək filologiya elmləri namizədi alimlik dərəcəsi
almışdır.
1982-ci ildə o, Azərbaycan Respublikasının əməkdar
mədəniyyət işçisi fəxri adına layiq
görulmuşdur.
N. Babayev 1991-ci il sentyabrın 27-də vəfat etmiş
və Bakı şəhərində dəfn edilmişdir.
|
 |