|
|
(16.08.1925,
Bakı – 24.05.1967, Bakı) – Azərbaycan yazıçısı,
ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri
doktoru (1964). Ü.Hacıbəyov ad. Respublika Dövlət
mükafatı laureatı (1967). 1961-66 illərdə Azərbaycan
Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat və Dil
İnstitutunun ədəbi əlaqələr şöbəsinin
müdiri işləmişdir.
«Əcəb işə düşdük» (1962), «Özümüz
bilərik» (1963), «Olmadı elə, oldu belə» (1964) komediyalarında
bürokratlar, əliəyrilər və fırıldaqçılar
satira atəşinə tutulur. «Milyonçunun dilənçi
oğlu» (1966) komediyasında burjua əxlaqı və ailə
münasibətləri ifşa olunur. «Sənsiz» (1967) pyesi
SSRİ-nin bir sıra şəhərlərində, Razqradda
(Bolqarıstan) tamaşaya qoyulmuşdur. Lirik şeir, poema
və hekayələr də yazmışdır. Azərbaycan-rus
ədəbi əlaqələrinə dair tədqiqatların
müəllifidir.
Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi Təbliğat
və Təşviqat şöbəsinin müdiri (1954-55),
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi
Təbliğat və Təşviqat şöbəsinin
müdiri (1957-61), Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi katibi və Büro üzvü (1966 ildən)
olmuşdur.
|
 |