|
|
(1932-1994)
- şair, tənqidçi, ədəbiyyatşünas, 1954-cü
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,
filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar
incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi
mükafat laureatı (1991), Azərbaycanın Xalq şairi
(1992).
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin
jurnalistika şöbəsində təhsil almışdır
(1949-1954). Əmək fəaliyyətinə «Azərbaycan
qadını» jurnalı redaksiyasında ədəbi işçi
kimi başlamışdır (1955-1957). Moskvada M.Qorki adına
Ədəbiyyat İnstitutu nəzdindəki ali ədəbiyyat
kurslarının müdavimi olmuşdur (1957-1959), sonra Azərbaycan
Pedaqoji İnstitutunda baş müəllim işləmişdir
(1959-1960). Azərbaycan Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunda baş elmi işçi, sonra
aparıcı elmi işçi kimi çalışmışdır
(1969-1994). «Müharibədən sonrakı dövrdə
Azərbaycan sovet ədəbiyyatında poema janrı» mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir. «Məqsud
Şeyxzadənin poeziyası və Azərbaycan-özbək
ədəbi əlaqələrinin aktual problemləri» mövzusunda
doktorluq dissertasiyası müdafiə etmiş, filologiya
elmləri doktoru alimlik dərəcəsi almışdır.
İlk mətbu şeri - «Kitab» 1948-ci ildə «Azərbaycan
pioneri» qəzetində dərc olunmuşdur. Bu vaxtdan dövri
mətbuatda şerləri, ədəbi-tənqidi məqalələri
ilə müntəzəm çıxış etmişdir.
Bahar gəlir (1957), Sevən gözlər (1959), Məhəbbət
dastanı (1961), Mənim günəşim (1963), Qollannı
genişaç (1965), Yeni zirvələrə (1971), Ucalıq,
(1973), Doğmalıq (1977), Taparam səni (1980), Ömürdən
uzun gecələr (1982), Hara gedir bu dünya (1983), Məndən
başlanır vətənim (1988), Davam edir 37 (1992), Ayla
günəş arasında (1992), Qəhrəman Təbrizim
(1994), Türkün dünyası (1994), Mən Şərqəm
(1994), Bağışla, ey vətən (1995), Uzun sürən
gənclik (1998), Lefortovo zindanında (1998), İlk Allahım,
son Allahım - mübarizə (1999), İstiqlal nəğməkarı
(2000) kitabların müəllifidir.
|
 |