Abdulla Şaiq


 
   

Əzizim Kamal və Rəfiqə!

Məktubunuzu alıb çox şad olduq. Hamı sağ və salamatdır. Avqustun üçünə bilet sifariş vermişəm. Görüşməyimizə az qalır. Bu məktubu sanatoriyadan yazıram, su içməyə gedəcəyəm, ona görə tələsirəm.Bizdən lap arxayın olun. İyulun 23-də Əziz də gəldi. Nuşafərin bacını, Daşdəmiri, Nizamini mənim ağzım ilə öpərsən, gəlinimizə salam söyləyərsən.Fatimə getməmişsə məndən ona və Aybənizə salam söyləyərsən.Səni və Rəfiqəni öpürəm.

Sağ və salamat qalın!

Atan: A.Şaiq 27/VII/1955-Jeleznovodsk