Qəzəllər.   Füzuli


 
   

Canı kim cananı üçün sevsə cananın sevər.
Canı üçün kim ki, cananın sevər, canın sevər.

Hər kimin aləmdə miqdarıncadır təbində meyl,
Mən ləbi-cananımı, Xizr abi-heyvanın sevər.

Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd,
Ol səbəbdən mütəssil çeşmim ciyər qanın sevər.

Müşki-Çin avarə olmuşdur vətəndən mən kimi,
Qansı şuxun bilməzəm zülfi-pərişanın sevər.

Aqibət rüsva olub mey tək düşər xəlq ağzına,
Kim ki, bir sərməst saqi ləli-xəndanın sevər.

Nolacaqdır, tərki-eşq etmə, Füzuli, vəhm edib,
Qayəti derlər ola bir bəndə sultanın sevər.