Qəzəllər.   Füzuli


 
   

Hüsnün olduqca füzyn eşq əhli artıq zar olur,
Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.

Cənnət üçün mən edən aşiqləri didardən,
Bilməmiş kim, cənnəti aşiqlərin didir olur.

Eşq dərdindən olur aşiq mizaci müstəqim,
Aşiqin dərdinə timar etsələr, bimar olur.

Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin,
Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.

Eşq sevdasinə sərf eylər Füzuli ömrünü,
Bilməzəm, bu xabi-qəflətdən qaçan bidar olur.