![]() |
![]() |
|||||
|
![]() |
|||||
Üzüyümün qaşı firuzədəndir, Könlüm açılmayır bu gün nədəndir. Yaman gündə Ilahidən bərk yapış, Dünyanın həvəsi keçib gedəndir. Bizim bağlar, güllər xoş bir tamaşa, Sonalar göllərdə gəzərlər qoşa. Necə çətin olsa ömrün yolları Birlikdə yorulmaz vurarıq başa. Bulud gələr, çiskin çilər, çən eylər. Yar yarından ayrı düşsə qəm eylər. Sevgilimdən necə qalım aralı Bir baxışla qəlbə yüz məlhəm eylər. ə Ah! |
![]() |
|||||
![]() |
||||||
![]() |
![]() |
|||||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
||