Düşüb eşqinlə bir sevdayə, ey gül! Apardım sirrimi səhrayə, ey gül!
Sənin tək fitnədən aldım silahı, Odur düşdü başım qovqayə, ey gül!
Nədəndir səndə zərrə mərhəmət yox Qəmindir eşqimə bir sayə, ey gül!
Mən aşiqkən, əbəs sən qan tökürsən, Atırsan aşiqi tənhayə, ey gül!
Məhaldır vəslinə yetmək bu gün ah... Tikilmişdir gözüm fərdayə, ey gül!
Nizamiyəm, gözümdən gövhərimi Xərac tək vermişəm dəryayə, ey gül!