AZƏRBAYCAN Yazıçılar Birliyi - 75
AZƏRBAYCAN YAZIÇILAR MƏTBUAT ORQANLARI
 

“Ədəbiyyat qəzeti”-75

Azərbaycan Yazıçılar Birliyinin ədəbi nəşri “Ədəbiyyat qəzeti”nin ilk sayı 1 yanvar 1934-cü ildə işıq üzü görmüşdür.

4 aprel 1953-cü ildən isə Azərbaycan Sovet Yazıçıları İttifaqının, Azərbaycan SSR Kinematoqrafiya Nazirliyinin və Azərbaycan SSR Nazirlər Soveti yanında incəsənət işləri İdarəsinin orqanı olaraq “Ədəbiyyat və incəsənət” adı ilə A-2 formatda 4 səhifə həcmində həftədə bir dəfə nəşr edilmişdir.

1967-ci ilin yanvarından Azərbaycan Yazıçılar İttifaqı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin orqanı kimi A-3 formatda 16 səhifə həcmində həftədə bir dəfə çap olunmuşdur.

1991-ci ilin yanvarından etibarən yenidən ilkin başlığını bərpa edərək “Ədəbiyyat qəzeti” adı ilə çıxır.

“Ədəbiyyat qəzeti”nin ilk baş redaktoru Hacıbaba Nəzərli, sonralar isə Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Məmməd Səid Ordubadi, Osman Sarıvəlli, Məmməd Cəfər, Ənvər Əlibəyli, Əhməd Cəmil, Süleyman Rüstəm, Qasım Qasımzadə, Yusif Əzimzadə, Hüseyn Abbaszadə, Nəriman Həsənzadə, Cabir Novruz və Sabir Əhmədli olmuşlar. Hazırda qəzetin baş redaktoru Ayaz Vəfalıdır.