“Azərbaycan”
jurnalı
İlk nömrəsi 1923-cü il yanvar
ayının 28-də işıq üzü görüb.
Əsas məqsədi Azərbaycan ədəbiyyatının,
nəzəri ədəbiyyatşünaslığın,
ictimai və elmi fikrin, bütövlükdə
mədəniyyətin mənzərəsini əks
etdirmək, çağdaş dünya ədəbiyyatı
və mədəniyyətində gedən proseslərin,
mövcud cərəyan və təmayüllərin
milli düşüncədə təzahürünü,
eyni zamanda, qloballaşma şəraitində ədəbiyyat
və mədəniyyətimizin milli istiqamətlərinin
qorunmasını təmin etməkdir.
“Maarif və mədəniyyət” adı
ilə nəşrə başlayan “Azərbaycan”
jurnalı müxtəlif illərdə “İnqilab
və mədəniyyət” (1928-1936), “Revolyusiya
və kultura” (1936-1941), “Vətən uğrunda”
(1941-1946), yenidən “İnqilab və mədəniyyət”
(1946-1952) adları altında nəşr olunmuşdur.
1953-cü ildən isə jurnal “Azərbaycan”
adlanır. Keçən 85 ildə Azərbaycan
ədəbiyyatının ümumi mənzərəsi
bu jurnalda əksini tapmışdır.
1997-ci ildən etibarən jurnalın
baş redaktoru Azərbaycan Respublikasının
Əməkdar incəsənət xadimi İntiqam
Qasımzadədir.
|