AZƏRBAYCAN Yazıçılar Birliyi - 75
AZƏRBAYCAN YAZIÇILAR MƏTBUAT ORQANLARI
 

“Dünya Ədəbiyyatı” dərgisinin 2004-2009 illərdəki fəaliyyəti ilə bağlı məlumat

Azərbaycan Yazıçılar Birliyinin nəşri kimi fəaliyyətə başlayan “Dünya ədəbiyyatı” dərgisinin əsası 2004-cü ilin mayında qoyulub.

Məqsədi dünya ədəbiyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi və təqdim olunmasıdır. Yaradıcısı Səlim Babullaoğludur. İndiyədək 4 sayı işıq üzü görüb.

Daha çox orijinaldan olan tərcümələrə üstünlük verilir. Dərginin çıxmasında Mədəniyyət və Turizm Nazirliyinin çox əhəmiyyətli rolu olub.

Dərgi öz əlavəsi olaraq 2005-ci ildən qısa adı “DƏB” olan “Dünya ədəbiyyatından books” kiçik formatlı kitab seriyası nəşr olunmağa başlamışdır ki, illər ərzində bu seriyadan 14 kitab işıq üzü görmüşdür.