“Ěčđ Ëčňĺđŕňóđű”:
Bu gün və həmişə

İki il bundan əvvəl “Ədəbiyyat
qəzeti”nin “Ěčđ Ëčňĺđŕňóđű” adı ilə rus dilində
aylıq əlavəsinin ilk sayı çıxdı.
Bu müddət ərzində redaksiya
onlarca müəllifi - yazıçı, şair,
tənqidçi və publisisti əməkdaşlığa
cəlb edə bilmişdir; onların arasında
ədəbiyyat və jurnalistikada ilk addımlarını
atan gənclər də az deyildir.
İlk
saylardan əsas rubrikalar müəyyən olunub:
“Tarixin səhifələri”, “Olaylar və düşüncələr”,
“Aktual aspekt”, “Məlum haqqında naməlumlar”,
“Klassiklər klassik tərcümələrdə”,
“Yazıçı və zaman”, “Ədəbi portret”,
“İrs”, “Müasirimiz” və s.
Nəhayət, sonda bir az əvvəl
dünyasını dəyişmiş tanınmış
Azərbaycan şairi Mənsur Vəkilovun “ML”in
oxucularına müraciətlə dediyi sözlərini
yada salmaq istərdim: “Qoy bu dünya xırda hisslərdən
azad olsun, Azərbaycan ədəbiyyatının
işıqlı, xeyirxahlığa səsləyən
ən yaxşı ənənələri ilə
nurlansın”. Biz də bu məqsədi izləyirik
və devizimiz də budur. “ML”-nın şef-redaktoru
Asim Cəlilovdur.
|