AZƏRBAYCAN Yazıçılar Birliyi - 75
AZƏRBAYCAN YAZIÇILAR MƏTBUAT ORQANLARI
 

“Qobustan” sənət toplusu haqqında

“Qobustan”ın ilk sayı 1969-cu ildən işıq üzü görməyə başlamışdır. Adı qayaüstü rəsmlərlə zəngin, Qavaldaşlı məşhur Qobustanla bağlıdır. İndiyəcən 146 sayı çıxmışdır. 40 il ərzində topluda Azərbaycan və dünya sənəti və sənətkarları haqqında xeyli material çap olunmuş, uzun müddət oxucuların çox böyük rəğbətini qazanmışdır. Müəlliflərin arasında Qara Qarayev, Mikayıl Abdullayev, Tofiq Quliyev və b. kimi böyük sənət adamları da olmuşdur.

Toplunun yaranmasında, bir nəşr kimi onun ilk baş redaktoru Xalq yazıçısı Anarın müstəsna rolu danılmazdır. O, 20 ilə yaxın bir vaxt ərzində topluya rəhbərlik etmiş, indi də təsisçilərindən, təəssübkeşlərindən biridir.

Anardan sonra 2004-cü ilə kimi “Qobustan”ın baş redaktoru Xalq şairi Fikrət Qoca olmuşdur.

Hazırda toplunun baş redaktoru şair Ələkbər Salahzadədir.

Toplu üç aydan bir çıxır, tirajı 500 nüsxədir.