AZƏRBAYCAN Yazıçılar Birliyi - 75
AZƏRBAYCAN YAZIÇILARI – REPRESSİYA QURBANLARI
 


ATABABA MUSAXANLI
(1905 - 1941)

Musaxanlı Atababa Daşdəmir oğlu - tənqidçi, ədəbiyyatşünas, 1934-cü ildən AYB-nin üzvü.

1905-ci il dekabrın 20-də Bakıda anadan olmuşdur.

Onun 1920-1930-cu illərdə yazdığı məqalələri, “Kitabi-Dədə Qorqud”a, eləcə də klassik ədəbiyyata dair tədqiqləri milli ictimai-ədəbi fikrin inkişafı üçün faydalı olub, onu zənginləşdirirdi.

1941-ci il avqustun 14-də cəza tədbirləri dövründə həlak olmuşdur.