AZƏRBAYCAN Yazıçılar Birliyi - 75
AZƏRBAYCAN YAZIÇILARI – REPRESSİYA QURBANLARI
 


AĞAHÜSEYN RƏSULZADƏ
(1884 - 1938)

Rəsulzadə Ağahüseyn Əli oğlu - şair, publisist, 1934-cü ildən AYB-nın üzvü.

1928-1933-cü illərdə Şuşada “Azərbaycan ədəbiyyatı cəmiyyəti” şöbəsinə başçılıq etmişdir. Azərbaycan Yazıçılar İttifaqının yaradıcılarından biri olmuşdur. Həyatının son dövrlərində “Yeni yol” qəzeti redaksiyasında redaktor müavini işləmişdir.

1938-ci ildə cəza tədbirləri dövrünün qurbanı olmuşdur.