AZƏRBAYCAN Yazıçılar Birliyi - 75
AZƏRBAYCAN YAZIÇILARI – REPRESSİYA QURBANLARI
 


BÖYÜKAĞA TALIBLI
(1897 - 1938)

Talıblı Böyükağa Mirqasım oğlu - şair, publisist, 1934-cü ildən AYB-nın üzvü.

1897-ci il martın 21-də Salyan şəhərində anadan olmuşdur.

“Hürriyyət” qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilmişdir.

1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur.