AZƏRBAYCAN Yazıçılar Birliyi - 75
AZƏRBAYCAN YAZIÇILARI – REPRESSİYA QURBANLARI
 


MUSTAFA QULİYEV
(1893 - 1938)

Quliyev Mustafa Zəkəriyyə oğlu - tənqidçi, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü.

1893-cü il mayın 24-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan SSR Xalq maarifi komissarı (1922-1928), “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət” jurnallarının (1923-1926; 1929-1932) məsul redaktoru vəzifəsində işləmişdir.

1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur.