AZƏRBAYCAN Yazıçılar Birliyi - 75
AZƏRBAYCAN YAZIÇILARI – REPRESSİYA QURBANLARI
 


RUHULLA AXUNDOV
(1897 - 1938)

Axundov Ruhulla Əli oğlu - tərcüməçi, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü.

1897-ci il yanvarın 13-də Azərbaycanın Bakı quberniyasının Şüvəlan kəndində anadan olmuşdur.

“Hürriyyət”, “Bakinski raboçi”, “Kommunist” qəzetinin məsul redaktoru (1920-1924), Azərbaycan Dövlət Nəşriyyatının direktoru (1924-1930), AKP MK-nın katibi vəzifəsində işləmişdir.

1938-ci ildə cəza tədbirləri dövründə qətlə yetirilmişdir.