AZƏRBAYCAN Yazıçılar Birliyi - 75
AZƏRBAYCAN YAZIÇILARI – REPRESSİYA QURBANLARI
 


SEYFULLA ŞAMİLOV
(1902 - 1974)

Şamilov Seyfulla Əli oğlu - nasir, publisist, tərcüməçi, 1937-ci ildən AYB-nın üzvü.

1902-ci il oktyabrın 10-da Azərbaycanın Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur.

“Gənc işçi” qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936) işləmişdir. Repressiya illərində həbs olunmuş, sürgündən qayıdandan sonra 1974-cü il dekabrın 25-də vəfat etmişdir.