AZƏRBAYCAN Yazıçılar Birliyi - 75
AZƏRBAYCAN YAZIÇILAR MƏTBUAT ORQANLARI
 

“Ulduz” jurnalının nəşri tarixindən

“Ulduz” AYB-nin orqanı olan aylıq ədəbi-bədii jurnaldır. İlk sayı 1967-ci ilin yanvarında çıxıb. Jurnalın yaranmasında AKP MK katibi, yazıçı-dramaturq Şıxəli Qurbanovun böyük xidmətləri olub.

1967-ci ilin mayından C.Novruza jurnala rəhbərlik etmək tapşırılıb. Sonralar Akif Hüseynov, Əhməd Cəmil, Yusif Səmədoğlu, Abbas Abdulla, Ələkbər Salahzadə bu işi ləyaqətlə davam etdirib. Hazırda jurnal yazıçı-dramaturq Elçin Hüseynbəylinin rəhbərliyi ilə hazırlanır.

Daha çox gənc ədəbi nəslin yaradıcılığına yer verən jurnal orta və yaşlı nəslə, o cümlədən əyalətdə yaşayıb-yaradan qələm adamlarına da xüsusi diqqət və qayğı ilə yanaşır. Jurnalın “Axtarış”, “Tənqidçi ilə yazıçı üz-üzə”, “Qadın sözü”, “Yeni nəşrlər”, “Anım”, “Nostalji”, “Kardeş kalemler”, “Teatr”, “Tərcümə”, “İnternet Mozaika” və digər maraqlı rubrikaları müxtəlif yaş və təbəqədən olan oxucuların tələblərinə cavab verir.