Ñîþç ïèñàòåëåé
Àçåðáàéäæàíà - 75


ÝËÅÊÒÐÎÍÍÀß ÊÍÈÃÀ
 


ÑÎÄÅÐÆÀÍÈÅ

Óêàç Ïðåçèäåíòà Àçåðáàéäæàíñêîé Ðåñïóáëèêè îá óñèëåíèè ãîñóäàðñòâåííîé çàáîòû î ïèñàòåëÿõ Àçåðáàéäæàíà ...

 

Ðàñïîðÿæåíèå Ïðåçèäåíòà Àçåðáàéäæàíñêîé Ðåñïóáëèêè î 75-ëåòíåì þáèëåå ñîçäàíèÿ Ñîþçà ïèñàòåëåé Àçåðáàéäæàíà è íà÷àëà èçäàíèÿ “Àäàáèéÿò ãàçåòè”...

Ñîþçó Ïèñàòåëåé Àçåðáàéäæàíà 75 ëåò

 

Ñúåçäû ïèñàòåëåé Àçåðáàéäæàíà 1934-2004

Ïåðâûé (äåñÿòûé) ñúåçä ïèñàòåëåé íåçàâèñèìîãî Àçåðáàéäæàíà

XI ñúåçä è ñîþç ïèñàòåëåé Àçåðáàéäæàíà ñåãîäíÿ

Íàðîäíûå ïîýòû Àçåðáàéäæàíà

 

Íàðîäíûå ïèñàòåëè Àçåðáàéäæàíà

Ó÷åíûå, àêàäåìèêè, êðèòèêè

Àçåðáàéäæàíñêèå ïèñàòåëè –
æåðòâû ðåïðåññèé

Ïå÷àòíûå îðãàíû Ñîþçà ïèñàòåëåé Àçåðáàéäæàíà (æóðíàëû è ãàçåòû)

Ëèòåðàòóðíûå ñâÿçè Ñîþçà ïèñàòåëåé Àçåðáàéäæàíà

Ïàìÿòíèêè Àçåðáàéäæàíñêèõ ïîýòîâ è ïèñàòåëåé

Çäàíèå Ñîþçà ïèñàòåëåé Àçåðáàéäæàíà

 

Azərbaycan yazıçılarının qurultayları 1934 – 2004

  Azərbaycan Yazıçılar Birliyinin 75 yaşı

 

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Azərbaycan yazıçılarının VI qurultayında çıxış edir. 26 may 1976.

... Müzakirələrdə Əyyub Abbasov, Əziz Şərif, V.Druzin (“Zvezda” jurnalının redaktoru), Pənah Xəlilov, Rəsul Rza, Qasım Qasımzadə, Mikayıl Rəfili, Cəfər Cəfərov, Mübariz Əlizadə və Sabit Rəhman iştirak etmişlər.

Yazıçılar İttifaqının III qurultayı 1958-ci ilin 4-5 dekabrında keçirilir. Sədrlik Mehdi Hüseynə və Süleyman Rəhimova həvalə edilir.

“Azərbaycan sovet nəsri dörd il ərzində” adlanan məruzə ilə Mir Cəlal çıxış edir. Fikir mübadiləsində Mehdi Hüseyn, Cəfər Xəndan, Əli Vəliyev, Məmməd Cəfər, Əziz Şərif, Mirmehdi Seyidzadə, Əbdürrəhman Minski (tatar ədibi) və başqaları iştirak edirlər.

Qurultaya YB-nin 195 üzvü qatılmışdır.

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev yazıçıların VI qurultayının rəyasət heyətində; yanında - A.İ.İbrahimov və yazıçı H.Abbaszadə. 26 may 1976.

...Yazıçıların IV qurultayı 1965-ci ilin 23-25 dekabrında gerçəkləşir.

Bu tədbirdə YB-nin 217 üzvü iştirak edir.

Mirzə İbrahimovun sədrliyilə keçirilən qurultayda məruzələrlə Məmməd Cəfər (“Azərbaycan nəsri haqqında”), Məmməd Arif Dadaşzadə (“Poeziyamız haqqında”), Yaşar Qarayev (“Azərbaycan dramaturgiyasının inkişafı haqqında”), Cəfər Cəfərov (“Ədəbi tənqid haqqında”) çıxış edirlər.

Müzakirələrdə M.Nəsirli (Naxçıvan), F.Əliyarbəyli (Gəncə), M.Rahim, Q.Məmmədli, M.Seyidov, Aşıq İslam, Əli Vəliyev, X.Hasilova, S.Rəhman, B.Bayramov, C.Məmmədov, Vasili Bolşak (Ukrayna), Əbülhəsən, İ.Əfəndiyev, Rəsul Həmzətov (Dağıstan), Q.Musayev və Cabir Novruz iştirak etmişlər.

Azərbaycan yazıçılarının iştirakçıları: soldan Süleyman Rüstəm, N.Qribaçov, L.Eradze, İ.Şıxlı, H.Abbaszadə. 26 may 1976-cı il.

...Yazıçılarımızın V qurultayı 1971-ci ilin 1-3 iyun günlərində keçirilir. Mirzə İbrahimov, Əli Vəliyev və İmran Qasımovun sədrliyi ilə keçirilən bu qurultayda Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əlirza oğlu Əliyev iştirak edir.

Nümayəndələrin sayı 289 nəfərə çatır.

Qurultayda Məmməd Cəfərin “Son beş ildə poeziyamız”, Bəkir Nəbiyevin “Uşaq ədəbiyyatını - yüksək tələblər səviyyəsinə”, Kamal Talıbzadənin “Ədəbi tənqid haqqında”, Mirzə İbrahimovun “Həqiqət və gözəllik qanunları üzrə” məruzələri, S.Əsədullayevin, C.Məmmədovun, S.Dağlının çıxışları dinlənilir.

Azərbaycan yazıçılarının VI qurultayının iştirakçıları: Ə.Ağabəyli, İ.Əfəndiyev, Ə.Vəliyev, Rəsul Rza, Əbülhəsən, İshaq İbrahimov. 26 may 1976.

...VI qurultay 1976-cı ilin 26-27 may günlərində keçirilir. İlyas Əfəndiyevin və İmran Qasımovun sədrliyi ilə aparılan qurultayda Azərbaycan KP MK birinci katibi Heydər Əliyev iştirak edir.

İmran Qasımovun “Geniş kommunizm quruculuğu yollarında” məruzəsi dinlənilir; Əziz Mirəhmədov, Mirzə İbrahimov, Nikolay Qribaçov (SSRİ Yazıçılar İttifaqının Azərbaycan ədəbiyyatı üzrə bölməsinin rəhbəri), Cəlal Məmmədov, Bəkir Nəbiyev, Seyfəddin Dağlı, Məmməd Cəfər Cəfərov, Süleyman Rüstəm, Həsən Seyidbəylinin çıxışlarında ədəbi prosesin müxtəlif məsələləri öz əksini tapır.

Azərbaycan yazıçılarının VII qurultayında. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin çıxışı. 7 iyun 1981-ci il.

YB-nin VII qurultayı 1981-ci ilin 12-13 iyun günlərinə təsadüf edir. Balaş Azəroğlu, Hüseyn Abbaszadə, Cabir Novruz və Süleyman Rüstəmə sədrlik həvalə olunan qurultayda B.Azəroğlunun, M.İbrahimovun, Z.Xəlilin, Ə.Vəliyevin, İ.Şıxlının, Anarın, Ə.Əylislinin, B.Vahabzadənin və başqalarının məruzə və çıxışları dinlənilir. Azərbaycan partiya təşkilatının rəhbəri, Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin artıq ənənəyə çevrilmiş qurultaylarda iştirak etməsi bu dəfə sadəcjə ünsiyyətlə məhdudlaşmır: o, geniş və konkret məzmunlu nitqində yazıçı sözünü, yazıçı mövqeyini ölkənin həyatıyla bağlayan mühüm məqamlarını işıqlandırır, açıqlayır.

Qurultayda xalq yazıçısı Mirzə İbrahimov YB-nin sədri seçilir.

Azərbaycan yazıçılarının VII qurultayının rəyasət heyəti; mərkəzdə - Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev, soldan Kamran Bağırov, Oleq Şestinski, Elçin, Əli Vəliyev, Süleyman Rüstəm. 7 iyun 1981.

...VIII qurultay 1986-cı ilin 22-23 mayında Mirzə İbrahimovun sədrliyilə keçirilir.

S.Rüstəmin “Ön cəbhədə”, M.İbrahimovun “Ədəbi abidələr bu gün və sabah”, İsmayıl Şıxlının “Azərbaycan ədəbiyyatının vəziyyəti və vəzifələri” haqqında” məruzələri, F.Sadıxın “Uğurlar və qayğılar” məruzəsi, Söhrab Tahirin mandat komissiyasının işi haqqında hesabatı, M.İsmayılın, Q.İlkinin (Musayevin), K.Talıbzadənin, A.Zamanovun, Ə.Cəfərzadənin, V.Quliyevin, İ.İsmayılzadənin çıxışları dinlənilmişdir.

Qurultaydan sonra YB-nin 1987-ci il iyunun 18-də keçirilən plenumunda Anar YB-nin birinci katibi seçilmiş, 1991-ci ildən etibarən sədr kimi çalışmaqdadır.

Azərbaycan yazıçılarının VII qurultayında İsmayıl Şıxlının çıxışı.
7 iyun 1981-ci il.

1991-ci ilin 18-19 mart günlərində YB-nin IX qurultayı keçirilir. Anar “Ədəbiyyat zamanın sınağı qarşısında” məruzəsiylə çıxış edir, Sabir Əmirovun “Cənubi Azərbaycan ədəbiyyatı”, Sabir Rüstəmxanlının Ədəbiyyat və demokratik proses” məruzəsi, Y.Kərimovun təftiş komissiyasının işi haqqında hesabatı, Çingiz Abdullayevin “Azərbaycan Yazıçılar Birliyi Nizamnaməsinin layihəsi” haqqında çıxışı dinlənilir.

Qurultayda xüsusi dəvət olunmuş Heydər Əlirza oğlu Əliyev iştirak edir.

Azərbaycan Yazıçılar Birliyinin X qurultayı 1997-ci il oktyabrın 30-da Anarın sədrliyi ilə keçirilmişdir.

Azərbaycan yazıçılarının VII qurultayının iştirakçıları: Elçin, İlyas Əfəndiyev, M.Dilbazi, M.İbrahimov, Leyla Eradze, aşıq Hüseyn Cavan. İyun 1981-ci il.

Qurultayda iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müstəqil Azərbaycanın söz ustalarına təşəkkürünü bildirmiş, dövlətimizin, mədəniyyətimizin, ədəbiyyatımızın qarşısında duran məsələlər haqqında proqram xarakterli nitq söyləmişdir.

Qurultayda seçilən 510 nümayəndədən 410 nəfəri iştirak etmişdir.

Qurultayda Nizami Cəfərov “Azərbaycan poeziyası bu gün”, Vilayət Quliyev “90-cı illər nəsri və dramaturgiyası”, Kamal Abdulla “Publisistika və ədəbi tənqid”, M.Qarayev “90-cı illərdə Azərbaycanda bədii tərcümənin vəziyyəti” mövzularında məruzələrlə çıxış etmişlər.

...Azərbaycan Yazıçılar Birliyinin XI qurultayı 2004-cü ilin 15 mayında keçirilmişdir.

Azərbaycan yazıçılarının VII qurultayının iştirakçıları və qonaqları: İ.Ştemler (Leninqrad), “Ñîâåòñêèé ïèñàòåëü” nəşriyyatının baş redaktoru İ.Buzilev, L.Eradze (Gürñüstan), M.İbrahimbəyov. 7 iyun 1981-ñi il.

1954-cü ildən etibarən YB-nin Şüvəlan qəsəbəsində Yaradıcılıq Evi var. 1981-ci ildə orada köhnə bina ilə yanaşı, yeni korpus inşa edilmiş, Yaradıcılıq Evinə xalq şairi Səməd Vurğunun adı verilmişdir. Burada qələm sahibləri, o cümlədən, sabiq Sovet Respublikalarından gələn yazıçılar istirahət etmək, yazıb-yaratmaq imkanından faydalanmış; müxtəlif ədəbi görüşlər, poeziya gecələri, seminarlar, disputlar və sair tədbirlər keçirilmişdir.

1990-cı il 20 Yanvarda baş vermiş faciəvi hadisələrdən, Bakıya o zamankı sovet iqtidarı tərəfindən silahlı-zirehli qoşunlar yeridiləndən və neçə-neçə günahsız insanların həlak və ya şikəst olduqdan sonra Yaradıcılıq Evi hərbi komendantlığa çevrilmişdi. Hərbçilər mürəxxəs olandan sonra Yazıçılar Birliyinin təşəbbüsü ilə burada Ermənistanın təcavüzü nəticəsində yurdsuz-yuvasız qalmış, didərgin soydaşlarımız qaçqınlar və köçkünlər yerləşdirilmişdir...

Azərbayñan yazıçılarının VII qurultayının iştirakçıları: B.Bayramov, M.Gülgün, B.Vahabzadə, X.Hasilova, H.İbrahimov.
7 iyun 1981-ñi il.

Azərbayñan yazıçılarının VIII qurultayının iştirakçıları: Anar, B.Bayramov, İsmayıl Şıxlı, Ş.Baruzdin, Elçin. 22 may 1986.