|
|
(1895,
Bakı – 1.10.1965, Bakı) – Azərbaycan şairi. Azərbaycan
əməkdar incəsənət xadimi (1943).
Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən
təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir.
Gənc yaşlarında Bakıdakı «Məcməüş-şüəra»
ədəbi məclisində iştirak etmiş, Azər
(İmaməliyev), Müniri və b. şairlərin təsiri
ilə lirik şerlər yazmışdır. Satirik şerlərində
ictimai nöqsanları, möhumatı, zülm və haqsızlığı
ifşa etmişdir. «Tamahın nəticəsi» adlı ilk
kitabı nəşr olunmuşdur. Azərbaycanda Sovet hakimiyyətinin
qələbəsini rəğbətlə qarşılayan
Vahid İnqilabi təbliğat sahəsində fəal çalışmış,
yeni həyatı tərənnüm edən çoxlu şer:
«Əsgər və fəhlə yoldaşlarıma», «Məktəb
nə deməkdir», «Ucal, mələyim» və s. yazmış,
«Kommunist» qəzetində, «Molla Nəsrəddin» jurnalında
əməkdaşlıq etmişdir. «Kupletlər» (1924),
«Mollaxana» (1938) kitablarındakı şeirlərdə yeniliyə
Mane olanlar, kəskin satira atəşinə tutulur.
Böyük Vətən müharibəsi illərində
yazdığı əsərlərdə («Döyüş
qəzəlləri», 1943; «Qəzəllər», 1944 kitabları)
Vahid Vətənə məhəbbət, düşmənə
nifrət, qələbəyə inam hissləri təbliğ
edirdi.
Füzuli ənənələrinin davamçısı
olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl
janrının görkəmli nümayəndəsidir. Qəzəlləri
poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı
ilə seçilir, xanəndələrin repertuarında
mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və
b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə
etmişdir.

|
 |