AZƏRBAYCAN
Yazıçılar Birliyi - 75

ELEKTRON KİTABI
 


MÜNDƏRİCAT

Azərbaycan Yazıçılarına Dövlət
Qayğısının Artırılması Haqqında
Azərbaycan Respublikası
Prezidentinin FƏRMANI ...

 

Azərbaycan Yazıçılar Birliyinin
yaradılmasının və “Ədəbiyyat
qəzeti”nin nəşrİ başlamasının
75 illik yubileyi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı...


Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi

 

Azərbaycan yazıçılarının
qurultayları 1934-2004

Azərbaycan yazıçılarının mustəqil
dövrdə ilk (onuncu) qurultayı

XI qurultay və Azərbaycan
Yazıçılar Birliyi bu gün

Azərbaycanın Xalq Şairləri

 

Azərbaycanın Xalq Yazıçıları

Alimlər, Akademiklər,
Tənqidçilər

Azərbaycan Yazıçıları –
Repressiya qurbanları

Azərbaycan Yazıçılar
Birliyinin Mətbuat Orqanları
(jurnallar və qəzetlər)

Azərbaycan Yazıçılar Birliyinin
Ədəbi Əlaqələri

Azərbaycan Şairlərinin və
Yazıçılarının Heykəlləri

Azərbaycan Yazıçılar Birliyinin
Binası

İlham Əliyev və Yazıçılar Birliyinin rəhbərliyi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Yazıçılar Birliyinin rəhbərliyini qəbul etmişdir, Yazıçılar Birliyinin qarşıdakı qurultayına hazırlaşdığını xatırladan Prezident İlham Əliyev dedi ki, bu, Azərbaycanın ictimai həyatında çox mühüm hadisə olacaqdır. Son illər ərzində Yazıçılar Birliyinin fəaliyyəti çox uğurlu olmuşdur, xüsusilə gənc yazıçılara böyük diqqət göstərilib, çoxlu işlər görülübdür.

Yazıçıların XI qurultayı ərəfəsində Prezident İlham Əliyevin Yazıçılar Birliyinin rəhbərləri ilə görüşü. Soldan: Arif Əmrahoğlu, Fikrət Qoca, Anar, Çingiz Abdullayev, Fatma Abdullazadə

Ümid edirəm ki, qurultay da çox uğurlu keçəcək və Yazıçılar Birliyinin fəaliyyətinin yeni mərhələsi başlanacaqdır. Bütün görülən işlərə görə sizə öz minnətdarlığımı bildirirəm. Yazıçılar Birliyi rəhbərliyinin çox fəal işlədiyini və bütün Azərbaycanda böyük rəğbətlə qarşılandığını vurğulayan Prezident İlham Əliyev dedi ki, yazıçılara daha da gözəl şərait yaradılması üçün dövlət öz tərəfindən əlindən gələni etməyə çalışır. Yaxşı bilirsiniz ki, hələ 1970-ci illərdə Heydər Əliyev tərəfindən yazıçılara lazımi diqqət gösrərilibdir.

Mən də çalışacağam ki, öz tərəfimdən bu siyasəti davam etdirim. Əmin ola bilərsiniz ki, mən bu istiqamətdə daim sizə kömək, arxa olacağam. Ümid edirəm, qurultay da çox uğurlu keçəcək və Azərbaycan Yazıçılar Birliyi öz fəaliyyətini uğurla davam etdirəcəkdir.