Azərbaycan
Yazıçılarının yaradıcılıq
imkanlarının genişləndirilməsi
üçün onlara dövlət qayğısını
artırmaq, respublikada ədəbi mühiti
canlandırmaq məqsədilə və
Azərbaycan Yazıçılar Birliyinin
onuncu qurultayında irəli sürülmüş
fikir və təklifləri nəzərə
alaraq qərara alıram:
1. Azərbaycan yazıçılarının
“Azərbaycan”, “Qobustan”, “Ulduz”, “Ëèòåðàòóðíûé
Àçåðáàéäæàí” jurnallarının və “Ədəbiyyat”
qəzetinin nəşri dövlət büdcəsinin
vəsaiti hesabına həyata keçirilsin.
2. Azərbaycan Respublikasının
istedadlı gənc yazıçıları
üçün ayda beş yüz min manat
məbləğində on fərdi təqaüd
təyin olunsun. Fərdi təqaüdçülər
Azərbaycan Respublikası Prezidentinin qərarı
ilə müəyyən edilir.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın:
- 1998-ci ildən başlayaraq hər il üzrə
dövlət büdcəsi layihəsində
bu fərmanın birinci bəndində adı
çəkilən qəzet və jurnalların
nəşrini təmin etmək üçün
müvafiq məbləğdə dotasiya
ayrılması nəzərdə tutulsun;
- Azərbaycan xalqının ədəbi
irsinin təbliği və müasir yazıçıların
əsərlərinin çapı işini
yaxşılaşdırmaq məqsədilə
nəşriyyat, poliqrafiya və kitab satışı
işlərinin yenidən qurulması və
təkmilləşdirilməsi barədə
təkliflərini bir ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr, 1997-ci
il
|