Azərbaycanda jurnalistika sisteminin əsası “Əkinçi”
(1875-1877) qəzeti ilə qoyulmuşdur.
XX əsrin əvvəllərində qəzetlərin
və qismən də jurnalların kütləvi
informasiya vasitələrinə çevrilməsi
prosesi sürətlənmişdir.
İlk ədəbi jurnal “Füyuzat”
(1906-1907) və “Yeni Füyuzat” (1910-1911)
jurnallarıdır. “Molla Nəsrəddin”
(1906-1931) jurnal kimi Azərbaycan ədəbiyyatı
və mətbuatının inkişafında
mühüm rol oynamışdır.
1923-cü ildə nəşrə
başlayan “Maarif və mədəniyyət”
jurnalının (1953-cü ildən “Azərbaycan”)
ədəbi qüvvələrin səfərbər
edilməsində böyük xidmətləri
var.
“Qızıl qələm” (1924),
“Ədəbiyyat cəbhəsində” (1930),
“Hücum” (1930), rus dilində “Ëèòåðàòóðíûé
Àçåðáàéäæàí” (1931) (1942-1952 illərdə çıxmamışdır)
öz ətrafında gənc ədəbi
qüvvələri toplamışdır.
Hal-hazırda Azərbaycanda bir
çox jurnallar çap olunur, lakin sırf
respublikanın ədəbi mühütini
əks etdirən jurnalları Azərbaycan
Yazıçılar Birliyi buraxır. “Azərbaycan”,
“Ëèòåðàòóðíûé Àçåðáàéäæàí”, “Qobustan”, “Ulduz”, “Dünya
ədəbiyyatı dərgisi”, “Ədəbiyyat
qəzeti”, “Ìèð ëèòåðàòóðû” qəzeti. Bu jurnal
və qəzetlərə istedadlı yazıçılarımız
Ayaz Vəfalı, İntiqam Qasımzadə,
Solmaz İbrahimova, Ələkbər Salahzadə,
Elçin Hüseynbəyli, Səlim Babullaoğlu,
Asim Cəlilov rəhbərlik edirlər.
|