XX əsrin əvvəllərində
Azərbaycanın ədəbi-mədəni
həyatı bir sıra önəmli hadisələrlə
əlamətdar olmuşdur. Başqa sahələr
kimi milli mətbuat aləmində də
ümumi canlanma özünü büruzə
verir, ilk ədəbi-bədii jurnallar -
“Fyüzat” (1906-1907 illər), (Əlibəy
Hüseynzadənin redaktorluğu altında
– M.Hadi, A.Səhhət, H.Cavid və başqalarının
iştirakı ilə), “Yeni Fyüzat” (1910-1911
illər) və digər dərgilər
artıq fəaliyyət göstərirdi.
|
O vaxtlar qocaman və
cavan Azərbaycan yazıçıları:
M.C.Məmmədquluzadə, H.Cavid, Ə.Haqverdiyev,
Cəfər Cabbarlı və b. |
Həmin dövrdə fəaliyyətə
başlamış və müəyyən
fasilələrlə sovet dönəmində
bir müddət nəşr edilmiş (1906-1931
illər) “Molla Nəsrəddin” jurnalı
(baş redaktoru M.C.Məmmədquluzadə,
fəal müəllifləri M.Ə.Sabir,
Ə.Haqverdiyev, Ö.Faiq, Ə.Nəzmi,
Ə.Qəmküsar və b.) milli şüurun
oyanışında, Qafqazda, Şərq
aləmində milli-azadlıq düşüncəsinin
yayılmasında və dəstəklənməsində
misilsiz rol oynamış, eyni zamanda Azərbaycan
maarifçiliyi, jurnalistikası, incəsənəti,
ədəbiyyatının inkişafına
önəmli təkan vermişdir.
1906-cı ildən etibarən
Azərbaycan xalqının münəvvər
övladı, mədəniyyət və
maarif himayədarı Hacı Zeynalabdin
Tağıyevin təşəbbüsü
ilə cavan ziyalılara, qələm sahiblərinə
maddi yardım göstərilir, onun dəstəyilə
bədii əsərlər işıq üzü
görür.
|
Azərbaycan yazıçılarının
I qurultayının iştirakçıları.
Sağdan: Rəşid bəy Əfəndiyev,
V.Vişnevski, A.Şirvanzadə, Abdulla
Şaiq, Yusif Vəzir Çəmənzəminli,
ayaq üstə (sağdan sola): Qurviç,
M.Rəfili, C.Cabbarlı, Qantəmir
(Əfəndiyev), M.S.Ordubadi, Əhməd
Cavad, Səməd Vurğun, M.Hüseyn.
13 iyun 1934. |
Az sonra bu nəcib təşəbbüsə
Musa Nağıyev, Şəmsi Əsədullayev,
Murtuza Muxtarov kimi ünlü milyonçu-mesenatlar
və başqa sahibkarlar da qoşulur.
Onların digər xeyirxah və
savab əməlləri ilə yanaşı,
binagüzarlıqları sayəsində
milli incəsənət, ədəbiyyat,
mətbuat, kitab nəşri, o cümlədən,
məktəb dərsliklərinin nəşri
və s. geniş vüsət tapır,
inkişaf edir.
1923-cü ildən nəşr
olunan “Maarif və mədəniyyət”
(1953-cü ildən “Azərbaycan”) jurnalı
respublikada elm və mədəniyyətin
inkişafında, Azərbaycan dilinin zənginləşməsində,
saflaşmasında, özgürlüyünü
qoruyub saxlamasında, ədəbi ictimaiyyətin,
yaradıcı qüvvələrin səfərbər
edilməsində önəmli rol oynamışdır.
|
Azərbaycan yazıçılarının
II qurultayının rəyasət heyəti:
Səməd Vurğun, K.M.Simonov, Azərbaycan
KP MK-nın birinci katibi İ.D.Mustafayev,
M.İbrahimov, S.Rəhimov. 16 mart 1954.
|
İyirminci-otuzuncu illərdə
fəaliyyət göstərmiş “Qızıl
qələm” (1924), “Ədəbiyyat abidələri”
dərgiləri gənc istedadlı qələm
sahiblərinin ədəbi həyata qoşulmasında,
milli mədəni irsimizin təbliğ
edilməsində, mədəniyyətimizin,
söz sənətimizin inkişafında
mühüm rol oynamışlar. 1931-ci
ildən etibarən rus dilində “Ëèòåðàòóðíûé
Àçåðáàéäæàí” jurnalı nəşr edilməyə
başlayır, 1942-1952-ci illər istisna
olmaqla, hazırda da fəaliyyətini davam
edir.
Azərbayñan Demokratik Cümhuriyyəti
dövründə (1919-1920), daha sonra Sovet
Azərbayñanı dönəmində 1925-1926-cı
illərdə ədəbi həyatda canlanma
müşahidə olunur, neft mədənlərində,
zavod və fabriklərdə çoxsaylı
ədəbi dərnəklər, birləşmələr,
qruplar təşəkkül tapır.
|
Azərbaycan yazıçılarının
II qurultayının bir qrup iştirakçıları
və qonaqları: A.Makarov, Səməd
Vurğun, K.Simonov, M.İbrahimov, S.Rəhimov;
ayaq üstə (soldan sağa): R.Koçar,
Mehdi Hüseyn, İ.Muradov, Q.Seytliyev,
P.Antokolski, Ə.Vəliyev. 16 mart 1954.
|
Bu dövrdə Azərbaycanın
ədəbi-yazıçı mühiti
müxtəlif təşkilatlanma formalarında
birləşməyə təşəbbüs
göstərir.
Yazıçıların, şairlərin
ilk böyük və kütləvi birləşməsi
1926-cı ildə yaradılan “BAPP” (Bakı
proletar yazıçıları Assosiasiyası)
oldu və onun tərkibinə əsasən
Bakıda yaşayıb yaradan qələm
sahibləri qatıldı.
1928-ci ildə Azərbaycan proletar
yazıçıları Assosiasiyası
yaradılaraq 65 üzvü və 25 üzvlüyə
namizədi bir araya gətirir.
Həmin Assosiasiyanın I qurultayı
1928-ci il yanvarın 13-də Teymur Hüseynovun
sədrliyi ilə keçirilir. Qurultayda
Süleyman Rüstəmzadə məruzə
ilə çıxış edir. Fəxri
rəyasət heyətinin tərkibinə
Ruhulla Axundov, H.Nəzərli, Mustafa Quliyev,
Süleyman Rüstəm, Manaf Quliyev, Əhməd
Triniç, Anri Barbüs, Maksim Qorki, Aleksandr
Serafimoviç və Nazim Hikmət seçilirlər.
|
Azərbaycan yazıçılarının
II qurultayının iclas zalında.
16 mart 1954. |
AzAPP-in II qurultayı “Proletar
ədəbi hərəkatı daha da kütləviləşdirmək”
şüarı altında 1929-ñu ildə
keçirilir.
Qurultaylararası müddətdə
AzAPP-in fəaliyyəti artıq genişlənməkdə
idi. L.Şmidt adına (indiki Səttərxan),
S.Budyonnı adına zavodların nəzdində
və Bakının Lenin (indiki Sabunçu)
rayonunda fəaliyyət göstərən
üç ədəbi dərnəyin sıralarından
150 nəfər yaradıcılıq işinə
cəlb edilmiş, onların inkişaf
edib püxtələşmələrinə
imkan verilmişdir. Lenin (Sabunçu) rayonundan
gələn qələm sahibləri həm
azərbaycanca, həm də rusca yazan müəlliflərdən
ibarət idi.
|
Azərbaycan yazıçılarının
III qurultayının rəyasət heyəti:
soldan P.Antokolski, İ.Əfəndiyev,
Mehdi Hüseyn, İ.D.Mustafayev, V.Y.Axundov,
M.İbrahimov, S.Cəfərov, T.Allahverdiyev.
Dekabr 1958-ci il. |
Həmin dövrdə müxtəlif
ədəbi təşkilatların sayı
artır, Bakıda, Gəncədə, Göyçayda,
Naxçıvan diyarında və başqa
yerlərdə gənclərin ədəbi
dərnəkləri yaradılır, qələm
sahiblərinin əsərləri nəşr
olunur, bu zaman dərc olunan aylıq “Hücum”
dərgisində dərnək və təşkilat
üzvlərinin yazıları işıq
üzü görür. Əlbəttə,
“İnqilab və mədəniyyət” (əvvəllər
“Maarif və mədəniyyət”) jurnalı
bu tanıtmada aparıcı ədəbi
tribuna idi.
ÜİK(b)P Mərkəzi Komitəsinin
23 aprel 1932-ci il tarixli “Ədəbi-yaradıcı
təşkilatlarının yeni strukturu
haqqında” qərarına uyğun olaraq,
AzAPP qurulmağı nəzərdə tutulan
Sovet Yazıçılar İttifaqının
tərkibinə daxil edilir.
1934-cü ilin iyun ayında Azərbaycan
Yazıçılar İttifaqı təsis
olunaraq, tərkibində 93 üzv və
üzvlüyə namizədi cəmləşdirir.
|
Azərbaycan yazıçılarının
III qurultayının rəyasət heyəti:
S.Rəhimov, Nazim Hikmət, Sevuns, M.Hüseyn,
P.Antokolski, İ.Əfəndiyev. Dekabr
1958-ci il. |
1934-cü ildən Yazıçılar
İttifaqının orqanı “Ədəbiyyat
qəzeti” nəşr olunmağa başlayır.
Azərbaycan Yazıçılar
İttifaqının ilk sədri Məmməd
Kazım Ələkbərli seçilir.
Sonrakı illərdə Yazıçılar
İttifaqına Seyfulla Şamilov, Rəsul
Rza, Səməd Vurğun, Süleyman Rəhimov,
Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran
Qasımov, İsmayıl Şıxlı
başçılıq etmişlər. 1987-ci
ildən etibarən Anar İttifaqın
rəhbəri (1991-ci ilədək birinci
katibi, 1991-ci ildən sədr) vəzifəsində
çalışır.
Hazırda Yazıçılar
Birliyinin tərkibində nəsr, poeziya,
dramaturgiya, ədəbi tənqid, uşaq
ədəbiyyatı şöbələri,
həmçinin Yazıçılar Birliyinin
təşəbbüsü ilə yaradılmış
Bədii tərcümə və ədəbi
əlaqələr Mərkəzi fəaliyyət
göstərir.
|
Azərbaycan yazıçılarının
III qurultayının iştirakçıları:
rejissor A.İsgəndərov, H.Seyidbəyli,
S.Qədirzadə, Süleyman Rüstəm.
Dekabr 1958-ci il. |
Yazıçılar Birliyinin Naxçıvan
Yazıçılar birliyi, habelə Gəncə,
Qarabağ, Lənkəran, Mingəçevir,
Şəki, Şirvan, Sumqayıt, Quba,
Qazax, Aran filialları, eləcə də
Moskvada, Borçalıda (Gürcüstan
Respublikası), Dərbənddə (Dağıstan
Respublikası) İstambulda şöbələri
və filialları fəaliyyət göstərməkdədir.
YB nəzdində “Azərbaycan”,
“Ëèòåðàòóðíûé Àçåðáàéäæàí” (rus dilində), “Ulduz”
jurnalları, “Qobustan”, “Körpü”, “Dünya
ədəbiyyatı”, “Mütərcim” topluları,
Tərcümə Mərkəzinin “Xəzər”
toplusu, həftəlik “Ədəbiyyat qəzeti”
(aylıq “Mir literaturı” qəzeti əlavə
olmaqla) buraxılır, əlamətdar
mədəni hadisələr ərəfəsində
xüsusi buraxılışlar nəşr
edilir, bölgələrdə “Söz”,
“Araz” və “Sınıq körpü” almanaxları
çap edilir.
“Oğuz eli” qəzetinin xüsusi
buraxılışı ayrı-ayrı
yazıçılara həsr edilir.
|
Azərbaycan yazıçılarının
III qurultayının iştirakçıları:
soldan H.Şərifov, İ.Əfəndiyev,
Mehdi Hüseyn, Ə.Vəliyev, Əbülhəsən;
ayaq üstə - Qabil İmamverdiyev,
İsmayıl Şıxlı, Nəbi
Xəzri, İmran Qasımov. Dekabr 1958-ci
il. |
Hazırda yazıçılar
təşkilatı Yazıçılar
Birliyi adlanır. Tərkibində 1350 üzv
- nasirlər, şairlər, tənqidçilər,
dramaturqlar, tərcüməçilər
vardır; onlar Azərbaycan, rus, ləzgi,
talış, tat və başqa dillərdə
yazıb-yaradırlar.
Birliyin ali orqanı, əsasən,
beş ildən bir çağırılan
qurultaydır. Birliyin yaradıldığı
gündən indiyədək cəmi on
bir qurultay keçirilmişdir (1934, 1954,
1958, 1965, 1971, 1976, 1981, 1986, 1991, 1997, 2004
illər). Qurultaylar arası Birliyə İdarə
heyəti, katiblik və Sədr rəhbərlik
edirlər. Ağsaqqallar Şurasının
tərkibinə Xalq yazıçısı
və Xalq şairləri, Akademiyanın
həqiqi və müxbir üzvləri
ədəbiyyatşünaslar daxildirlər.
Yazıçılar Birliyi bu gün
üzvlərinin fəaliyyətinin genişləndirilməsi,
yaradıcılıq potensialının
açılması yolunda, eləcə də
xaricdə yaşayan soydaşlarımıza
diqqət və qayğı göstərməkdə
əməyini əsirgəmir, milli ədəbiyyatımızın
dəyərli örnəklərinin tərcümə
edilməsinə, Azərbaycan ədəbiyyatının
xarici aləmdə layiqincə tanıdılmasına
və təbliğ olunmasına səy
göstərir.
|
Azərbaycan yazıçılarının
V qurultayının iştirakçıları:
Məmməd Arif, Əziz Şərif,
B.Nəbiyev, Rəsul Rza. 1 iyun 1971. |
Azərbaycan Yazıçılar
Birliyinin keçirdiyi qurultaylar haqqında
qısa məlumat verməyi də lazım
bilirik. 1934-cü ilin 13-15 iyun günlərində
keçirilən I qurultay Azərbaycan mədəniyyəti
və söz sənətinin inkişafında,
ədəbi qüvvələrin təşəkkülündə
tarixi önəm kəsb edir.
Qurultayda H.Nəzərli və
M.Ələkbərli sədrlik etdilər.
İşgüzar rəyasət
heyətinin tərkibinə R.Axundov, V.Vişnevski,
M.Hüseynov, M.Ağayev, Çubar, Ələkbərli,
Kamski, Nəzərli, M.S.Ordubadi, C.Cabbarlı,
A.Şaiq, S.Rüstəm, Mir Cəlal Paşayev
və başqaları seçilmişlər.
Qurultayda Mikayıl Hüseynov, Mehdi Hüseyn,
Sabit Rəhman, Əhməd Triniç, Mikayıl
Rəfili, H.Nəzərli, V.Vişnevski
məruzələrlə çıxış
etmişlər.
Gündəmə aşağıdakı
məsələlər qoyulmuşdu:
1) Azərbaycan Sovet Yazıçıları
İttifaqı Təşkilat Komitəsinin
hesabatı - məruzəçi H.Nəzərli.
2) Sovet nəşrinin vəzifələri
haqqında – məruzəçi M.Ələkbərli.
3) Sovet poeziyasının vəzifələri
– məruzəçi Çubar.
4) Təşkilat məsələləri.
|
Azərbaycan yazıçılarının
V qurultayının iclas zalında.
1 iyun 1971-ci il. |
|