|
Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyev Azərbaycan
yazıçılarının VI qurultayında
çıxış edir. 26 may 1976. |
... Müzakirələrdə
Əyyub Abbasov, Əziz Şərif, V.Druzin
(“Zvezda” jurnalının redaktoru), Pənah
Xəlilov, Rəsul Rza, Qasım Qasımzadə,
Mikayıl Rəfili, Cəfər Cəfərov,
Mübariz Əlizadə və Sabit Rəhman
iştirak etmişlər.
Yazıçılar İttifaqının
III qurultayı 1958-ci ilin 4-5 dekabrında
keçirilir. Sədrlik Mehdi Hüseynə
və Süleyman Rəhimova həvalə
edilir.
“Azərbaycan sovet nəsri dörd
il ərzində” adlanan məruzə ilə
Mir Cəlal çıxış edir. Fikir
mübadiləsində Mehdi Hüseyn, Cəfər
Xəndan, Əli Vəliyev, Məmməd
Cəfər, Əziz Şərif, Mirmehdi
Seyidzadə, Əbdürrəhman Minski
(tatar ədibi) və başqaları iştirak
edirlər.
Qurultaya YB-nin 195 üzvü qatılmışdır.
|
Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyev yazıçıların
VI qurultayının rəyasət heyətində;
yanında - A.İ.İbrahimov və
yazıçı H.Abbaszadə. 26 may
1976. |
...Yazıçıların IV
qurultayı 1965-ci ilin 23-25 dekabrında
gerçəkləşir.
Bu tədbirdə YB-nin 217 üzvü
iştirak edir.
Mirzə İbrahimovun sədrliyilə
keçirilən qurultayda məruzələrlə
Məmməd Cəfər (“Azərbaycan
nəsri haqqında”), Məmməd Arif
Dadaşzadə (“Poeziyamız haqqında”),
Yaşar Qarayev (“Azərbaycan dramaturgiyasının
inkişafı haqqında”), Cəfər
Cəfərov (“Ədəbi tənqid haqqında”)
çıxış edirlər.
Müzakirələrdə M.Nəsirli
(Naxçıvan), F.Əliyarbəyli (Gəncə),
M.Rahim, Q.Məmmədli, M.Seyidov, Aşıq
İslam, Əli Vəliyev, X.Hasilova, S.Rəhman,
B.Bayramov, C.Məmmədov, Vasili Bolşak
(Ukrayna), Əbülhəsən, İ.Əfəndiyev,
Rəsul Həmzətov (Dağıstan),
Q.Musayev və Cabir Novruz iştirak etmişlər.
|
Azərbaycan yazıçılarının
iştirakçıları: soldan Süleyman
Rüstəm, N.Qribaçov, L.Eradze, İ.Şıxlı,
H.Abbaszadə. 26 may 1976-cı il. |
...Yazıçılarımızın
V qurultayı 1971-ci ilin 1-3 iyun günlərində
keçirilir. Mirzə İbrahimov, Əli
Vəliyev və İmran Qasımovun sədrliyi
ilə keçirilən bu qurultayda Azərbaycan
KP Mərkəzi Komitəsinin birinci katibi
Heydər Əlirza oğlu Əliyev iştirak
edir.
Nümayəndələrin sayı
289 nəfərə çatır.
Qurultayda Məmməd Cəfərin
“Son beş ildə poeziyamız”, Bəkir
Nəbiyevin “Uşaq ədəbiyyatını
- yüksək tələblər səviyyəsinə”,
Kamal Talıbzadənin “Ədəbi tənqid
haqqında”, Mirzə İbrahimovun “Həqiqət
və gözəllik qanunları üzrə”
məruzələri, S.Əsədullayevin,
C.Məmmədovun, S.Dağlının
çıxışları dinlənilir.
|
Azərbaycan yazıçılarının
VI qurultayının iştirakçıları:
Ə.Ağabəyli, İ.Əfəndiyev,
Ə.Vəliyev, Rəsul Rza, Əbülhəsən,
İshaq İbrahimov. 26 may 1976. |
...VI qurultay 1976-cı ilin 26-27
may günlərində keçirilir. İlyas
Əfəndiyevin və İmran Qasımovun
sədrliyi ilə aparılan qurultayda Azərbaycan
KP MK birinci katibi Heydər Əliyev iştirak
edir.
İmran Qasımovun “Geniş
kommunizm quruculuğu yollarında” məruzəsi
dinlənilir; Əziz Mirəhmədov, Mirzə
İbrahimov, Nikolay Qribaçov (SSRİ Yazıçılar
İttifaqının Azərbaycan ədəbiyyatı
üzrə bölməsinin rəhbəri),
Cəlal Məmmədov, Bəkir Nəbiyev,
Seyfəddin Dağlı, Məmməd Cəfər
Cəfərov, Süleyman Rüstəm,
Həsən Seyidbəylinin çıxışlarında
ədəbi prosesin müxtəlif məsələləri
öz əksini tapır.
|
Azərbaycan yazıçılarının
VII qurultayında. Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyevin çıxışı.
7 iyun 1981-ci il. |
YB-nin VII qurultayı 1981-ci ilin
12-13 iyun günlərinə təsadüf
edir. Balaş Azəroğlu, Hüseyn Abbaszadə,
Cabir Novruz və Süleyman Rüstəmə
sədrlik həvalə olunan qurultayda B.Azəroğlunun,
M.İbrahimovun, Z.Xəlilin, Ə.Vəliyevin,
İ.Şıxlının, Anarın,
Ə.Əylislinin, B.Vahabzadənin və
başqalarının məruzə və
çıxışları dinlənilir.
Azərbaycan partiya təşkilatının
rəhbəri, Mərkəzi Komitənin
birinci katibi Heydər Əliyevin artıq
ənənəyə çevrilmiş qurultaylarda
iştirak etməsi bu dəfə sadəcjə
ünsiyyətlə məhdudlaşmır:
o, geniş və konkret məzmunlu nitqində
yazıçı sözünü, yazıçı
mövqeyini ölkənin həyatıyla
bağlayan mühüm məqamlarını
işıqlandırır, açıqlayır.
Qurultayda xalq yazıçısı
Mirzə İbrahimov YB-nin sədri seçilir.
|
Azərbaycan yazıçılarının
VII qurultayının rəyasət heyəti;
mərkəzdə - Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyev, soldan
Kamran Bağırov, Oleq Şestinski,
Elçin, Əli Vəliyev, Süleyman
Rüstəm. 7 iyun 1981. |
...VIII qurultay 1986-cı ilin 22-23
mayında Mirzə İbrahimovun sədrliyilə
keçirilir.
S.Rüstəmin “Ön cəbhədə”,
M.İbrahimovun “Ədəbi abidələr
bu gün və sabah”, İsmayıl Şıxlının
“Azərbaycan ədəbiyyatının
vəziyyəti və vəzifələri”
haqqında” məruzələri, F.Sadıxın
“Uğurlar və qayğılar” məruzəsi,
Söhrab Tahirin mandat komissiyasının
işi haqqında hesabatı, M.İsmayılın,
Q.İlkinin (Musayevin), K.Talıbzadənin,
A.Zamanovun, Ə.Cəfərzadənin, V.Quliyevin,
İ.İsmayılzadənin çıxışları
dinlənilmişdir.
Qurultaydan sonra YB-nin 1987-ci il iyunun
18-də keçirilən plenumunda Anar YB-nin
birinci katibi seçilmiş, 1991-ci ildən
etibarən sədr kimi çalışmaqdadır.
|
Azərbaycan yazıçılarının
VII qurultayında İsmayıl Şıxlının
çıxışı.
7 iyun 1981-ci il. |
1991-ci ilin 18-19 mart günlərində
YB-nin IX qurultayı keçirilir. Anar “Ədəbiyyat
zamanın sınağı qarşısında”
məruzəsiylə çıxış
edir, Sabir Əmirovun “Cənubi Azərbaycan
ədəbiyyatı”, Sabir Rüstəmxanlının
Ədəbiyyat və demokratik proses” məruzəsi,
Y.Kərimovun təftiş komissiyasının
işi haqqında hesabatı, Çingiz
Abdullayevin “Azərbaycan Yazıçılar
Birliyi Nizamnaməsinin layihəsi” haqqında
çıxışı dinlənilir.
Qurultayda xüsusi dəvət
olunmuş Heydər Əlirza oğlu Əliyev
iştirak edir.
Azərbaycan Yazıçılar
Birliyinin X qurultayı 1997-ci il oktyabrın
30-da Anarın sədrliyi ilə keçirilmişdir.
|
Azərbaycan yazıçılarının
VII qurultayının iştirakçıları:
Elçin, İlyas Əfəndiyev, M.Dilbazi,
M.İbrahimov, Leyla Eradze, aşıq
Hüseyn Cavan. İyun 1981-ci il. |
Qurultayda iştirak edən Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev
müstəqil Azərbaycanın söz
ustalarına təşəkkürünü
bildirmiş, dövlətimizin, mədəniyyətimizin,
ədəbiyyatımızın qarşısında
duran məsələlər haqqında
proqram xarakterli nitq söyləmişdir.
Qurultayda seçilən 510 nümayəndədən
410 nəfəri iştirak etmişdir.
Qurultayda Nizami Cəfərov “Azərbaycan
poeziyası bu gün”, Vilayət Quliyev
“90-cı illər nəsri və dramaturgiyası”,
Kamal Abdulla “Publisistika və ədəbi
tənqid”, M.Qarayev “90-cı illərdə
Azərbaycanda bədii tərcümənin
vəziyyəti” mövzularında məruzələrlə
çıxış etmişlər.
...Azərbaycan Yazıçılar
Birliyinin XI qurultayı 2004-cü ilin 15
mayında keçirilmişdir.
|
Azərbaycan yazıçılarının
VII qurultayının iştirakçıları
və qonaqları: İ.Ştemler (Leninqrad),
“Ñîâåòñêèé ïèñàòåëü” nəşriyyatının
baş redaktoru İ.Buzilev, L.Eradze (Gürñüstan),
M.İbrahimbəyov. 7 iyun 1981-ñi il. |
1954-cü ildən etibarən
YB-nin Şüvəlan qəsəbəsində
Yaradıcılıq Evi var. 1981-ci ildə
orada köhnə bina ilə yanaşı,
yeni korpus inşa edilmiş, Yaradıcılıq
Evinə xalq şairi Səməd Vurğunun
adı verilmişdir. Burada qələm
sahibləri, o cümlədən, sabiq Sovet
Respublikalarından gələn yazıçılar
istirahət etmək, yazıb-yaratmaq imkanından
faydalanmış; müxtəlif ədəbi
görüşlər, poeziya gecələri,
seminarlar, disputlar və sair tədbirlər
keçirilmişdir.
1990-cı il 20 Yanvarda baş
vermiş faciəvi hadisələrdən,
Bakıya o zamankı sovet iqtidarı tərəfindən
silahlı-zirehli qoşunlar yeridiləndən
və neçə-neçə günahsız
insanların həlak və ya şikəst
olduqdan sonra Yaradıcılıq Evi hərbi
komendantlığa çevrilmişdi. Hərbçilər
mürəxxəs olandan sonra Yazıçılar
Birliyinin təşəbbüsü ilə
burada Ermənistanın təcavüzü
nəticəsində yurdsuz-yuvasız qalmış,
didərgin soydaşlarımız qaçqınlar
və köçkünlər yerləşdirilmişdir...
|
Azərbayñan yazıçılarının
VII qurultayının iştirakçıları:
B.Bayramov, M.Gülgün, B.Vahabzadə,
X.Hasilova, H.İbrahimov.
7 iyun 1981-ñi il. |
|
Azərbayñan yazıçılarının
VIII qurultayının iştirakçıları:
Anar, B.Bayramov, İsmayıl Şıxlı,
Ş.Baruzdin, Elçin. 22 may 1986. |
|