Mən hesab edirəm ki, Azərbaycanın
Yazıçılar Birliyi bu altı il müddətində
- keçən qurultaydan indiyə qədər
çox iş görübdür. Yazıçılar
Birliyini qoruyub saxlayıb, onun parçalanmasına,
dağılmasına yol verməyibdir. Axı
Yazıçılar Birliyi də böyük
sınaqlardan keçib. Görürsünüz
bu altı ildə bizim Azərbaycanın
başına nə işlər gəlibdir.
Yazıçılar Birliyi də bütün
bu sınaqlardan, imtahanlardan keçibdir.
Ona görə də şəxsən mən
belə hesab edirəm ki, bunu yüksək
qiymətləndirmək lazımdır.
Yazıçılar Birliyinə rəhbərlik
edən şəxslərin fəaliyyətini
yüksək qiymətləndirmək lazımdır.
Prezident Sarayı,
29 oktyabr 1997-ci il
|