AZƏRBAYCAN
Yazıçılar Birliyi - 75

ELEKTRON KİTABI
 


MÜNDƏRİCAT

Azərbaycan Yazıçılarına Dövlət
Qayğısının Artırılması Haqqında
Azərbaycan Respublikası
Prezidentinin FƏRMANI ...

 

Azərbaycan Yazıçılar Birliyinin
yaradılmasının və “Ədəbiyyat
qəzeti”nin nəşrİ başlamasının
75 illik yubileyi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı...


Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi

 

Azərbaycan yazıçılarının
qurultayları 1934-2004

Azərbaycan yazıçılarının mustəqil
dövrdə ilk (onuncu) qurultayı

XI qurultay və Azərbaycan
Yazıçılar Birliyi bu gün

Azərbaycanın Xalq Şairləri

 

Azərbaycanın Xalq Yazıçıları

Alimlər, Akademiklər,
Tənqidçilər

Azərbaycan Yazıçıları –
Repressiya qurbanları

Azərbaycan Yazıçılar
Birliyinin Mətbuat Orqanları
(jurnallar və qəzetlər)

Azərbaycan Yazıçılar Birliyinin
Ədəbi Əlaqələri

Azərbaycan Şairlərinin və
Yazıçılarının Heykəlləri

Azərbaycan Yazıçılar Birliyinin
Binası

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin gənc nəsildən olan yazıçı və şairlərin bir qrupu ilə görüşündə çıxışı.

 

Mən bu gün belə bir ifadə işlətmək fikrinə gəlmişəm: bu günlər Azərbaycanda ədəbiyyat günləridir.

Dünən Yazıçılar Birliyinin rəhbərləri, üzvləri, xalq şairləri ilə, yaşlı nəslə mənsub şair və yazıçılarla görüşümüz oldu. Xahiş etdim ki, gənclərlə də görüşək. Bu mənim keçmişdə belə məsələlərə münasibətimlə müəyyən dərəcədə bağlıdır. Keçmiş zamanlarda da Yazıçılar İttifaqı ilə çox sıx əlaqədə olmuşam. Yazıçılarla vaxtaşırı görüşlərim olurdu, - yaşlılarla da, gənclərlə də görüşürdük. Şübhəsiz ki, birlikdə də görüşlərimiz olurdu. Bəzən gənclərin və yaşlıların öz problemləri olur. İndi kimin gənc və kimin yaşlı olduğunu demək çətindir. Mən bunu dünən dedim ki, vaxtilə biz Anar, Elçin, Yusif və başqaları ilə gənc nəslin nümayəndələri kimi görüşürdük, indi isə onlar ədəbiyyatımızın ağsaqqalları da olmasa, hər halda yetkin nəslə, yəni yaşlı nəslə mənsub hesab olunurlar. Kiminin 50-dən yuxarı, kimininsə 60-a yaxın yaşı var. Bunlar gözlərimin qabağında böyüyüblər.

...Bizim xalqımız ən qədim zamanlardan ədəbiyyatla, ədəbiyyat nümunələri ilə tanınıbdır. Hətta qərb ölkələrinin, inkişaf etmiş və digər ölkələrin tarixini vərəqləyərkən görürük ki, xalqımızın yaratdığı ədəbi əsərlər, şeirlər onlardan xeyli əvvəl yaranıbdır. Beləliklə də, bir daha aydın olur ki, xalqımızın tarixində ədəbiyyat qədim dövrlərdən öz yerini tutubdur və xalqımızın inkişafında çox böyük rol oynayıbdır.

...İndiki dövr keçid dövrüdür. Biz bu keçid dövrünün çətinliklərini bütün sahələrdə hiss edirik, görürük. Şübhəsiz ki, bu çətinliklər mədəniyyət, ədəbiyyat sahəsində də var. Ancaq bu müvəqqətidir, tarixi nöqteyi-nəzərdən, bir andır, müvəqqəti bir dövrdür. Biz bu dövrü keçib gedəcəyik. Biz sadəcə buna dözməliyik, bu dövrün əzab-əziyyətini, acı-ağrısını çəkməliyik ki, gələcəyimiz daha gözəl, parlaq olsun. Heç şübhə yoxdur ki, Azərbaycan xalqının gələcəyi gözəl, parlaq olacaqdır.

...Siz gənclər bunu bilirsiniz, amma daha dərindən bilməlisiniz ki, ən qədim dövrlərdən bizə gəlib çatmış, indi fəxr etdiyimiz ədəbiyyat əsərlərinin - Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Mirzə Fətəli Axundovun, yaxud digərlərinin əsərlərinin heç birisi asanlıqla yaranmayıb. Heç də hamı bilmir ki, bu əsərlərin yaranması üçün onlar nə qədər zəhmət, əziyyət çəkiblər, nə qədər fədakarlıq göstəriblər.

...Şübhəsiz ki, biz keçmişdə əldə etdiyimiz nailiyyətlərdən, yaranmış əsərlərdən daim istifadə edəcəyik. Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin, Mehdi Hüseynin, Süleyman Rəhimovun, Mirzə İbrahimovun əsərlərini heç kəs heç vaxt unutmayacaqdır. Əksinə, onlarda olan bədiilik, yüksək səviyyəli sənət nümunələri bizim üçün həmişə böyük sevinc mənbəyi, yazıçılarımız, şairlərimiz, ədəbiyyatçılarımız, ədəbiyyatşünaslarımız üçün həmişə örnək olacaqdır. Mən belə hesab edirəm. Ancaq onlar müstəqil dövlətdə yaşamamışdılar. Onlar bizə böyük irs qoyublar, ancaq eyni zamanda, biz onlardan daha da xoşbəxtik, çünki biz müstəqil dövlətdə yaşayırıq. Siz, gənc nəsil, bizlərə, yaşlı nəslə nisbətən daha da xoşbəxt adamlarsınız, çünki siz daim müstəqil dövlətdə yaşayacaqsınız. Mən tam əminəm ki, bizim müstəqilliyimiz əbədi, daimi olacaqdır. Biz müstəqilliyimizi həmişə yaşadacağıq. Bizim ədəbiyyatımız, incəsənətimiz, mədəniyyətimiz müstəqillik şəraitində daha da çox inkişaf edəcəkdir.

...Əmin ola bilərsiniz ki, dövlətin ədəbiyyata, xüsusən gənc yazıçılara qayğısı daim olacaqdır. Buna əmin ola bilərsiniz. İndi bəlkə bunun səviyyəsi, dərəcəsi bəzi vaxtlarda bir-birindən fərqli olacaqdır. Amma əsas odur ki, bu qayğı var.


Prezident Sarayı,
29 oktyabr 1997-ci il