AZƏRBAYCAN
Yazıçılar Birliyi - 75

ELEKTRON KİTABI
 


MÜNDƏRİCAT

Azərbaycan Yazıçılarına Dövlət
Qayğısının Artırılması Haqqında
Azərbaycan Respublikası
Prezidentinin FƏRMANI ...

 

Azərbaycan Yazıçılar Birliyinin
yaradılmasının və “Ədəbiyyat
qəzeti”nin nəşrİ başlamasının
75 illik yubileyi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı...


Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi

 

Azərbaycan yazıçılarının
qurultayları 1934-2004

Azərbaycan yazıçılarının mustəqil
dövrdə ilk (onuncu) qurultayı

XI qurultay və Azərbaycan
Yazıçılar Birliyi bu gün

Azərbaycanın Xalq Şairləri

 

Azərbaycanın Xalq Yazıçıları

Alimlər, Akademiklər,
Tənqidçilər

Azərbaycan Yazıçıları –
Repressiya qurbanları

Azərbaycan Yazıçılar
Birliyinin Mətbuat Orqanları
(jurnallar və qəzetlər)

Azərbaycan Yazıçılar Birliyinin
Ədəbi Əlaqələri

Azərbaycan Şairlərinin və
Yazıçılarının Heykəlləri

Azərbaycan Yazıçılar Birliyinin
Binası

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan yazıçılarının X Qurultayında nitqi


Hörmətli qurultay!

Əziz yazıçılar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi səmimi qəlbdən salamlayıram və yazıçılar qurultayının işinin müvəffəqiyyətlə getməsi münasibətilə sizi ürəkdən təbrik edirəm. Yazıçılar qurultayının işə başlaması və bu salona çoxsaylı nümayəndələrin toplaşması, Azərbaycan ədəbiyyatının problemlərinin, eyni zamanda, respublikamızın həyatının bəzi sahələrinin müzakirə olunması ictimaiyyətimizin, cəmiyyətimizin həyatında əlamətdar bir hadisədir.

Mən çox sevinirəm və xoşbəxtəm ki, ilk dəfə Azərbaycan yazıçılarının qurultayında 27 il bundan əvvəl nitq söyləmişəm, o qurultayın iştirakçısı olmuşam və ondan sonrakı qurultaylarda da daim iştirak etmişəm, yazıçılarımızla, şairlərimizlə, mədəniyyət xadimləri ilə bir yerdə olmuşam, bu gün də sizinlə bir yerdəyəm.

Mən 1971-ci ildə Azərbaycan yazıçılarının qurultayında ilk dəfə Azərbaycanın rəhbəri kimi iştirak edirdimsə, ondan əvvəlki qurultaylarda da kənarda olmamışdım. O zaman mən Azərbaycanın rəhbəri deyildim, başqa vəzifələr tuturdum, ancaq yazıçıların qurultaylarını daim izləyirdim və imkan olanda gəlib salonda oturub yazıçıları dinləyirdim. Mən hər dəfə yazıçılarımızın görüşlərinə gedirdim və onlarla görüşməyi özüm üçün böyük bir hadisə hesab edirdim.

...Biz eyni zamanda 63 il müddətində - 1934-cü ildən indiyədək yazıçılar qurultaylarının keçdiyi yolu da yüksək qiymətləndirməliyik.

...Bilirsiniz, bu gün ümumiyyətlə müstəqillikdən danışarkən, ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir.

...Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov - bunlar hamısı XX əsrə qədər yaşayıb-yaradıblar. Amma XX əsrdə də bizim böyük şəxsiyyətlərimiz olubdur. XIX əsrin sonu, XX əsrin əvvəli Azərbaycan ədəbiyyatının çox böyük, zəngin bir dövrü olubdur. Bu gün ədəbiyyatımız haqqında danışarkən biz bu dövrü çox yüksək qiymətləndirməliyik.

Yazıçılar Birliyi ilə bu əlaqələrimi şəxsən mən özüm üç mərhələyə bölürəm. Birinci mərhələ həmin illərdir ki, - xatirimdədir, bir dəfə biz o vaxtkı Siyasi Maarif evində qurultay keçirdik, sonra başqa yerdə keçirdik. Xatırladılar ki, 1981-ci ildə qurultayı burada, bu salonda keçirdik, - o mərhələ idi ki, mən Azərbaycana rəhbərlik edirdim və qurultayın işində Azərbaycanın rəhbəri kimi iştirak edirdim. İkinci mərhələ 1991-ci ildə sizin qurultayın işində mənim qısa müddətdə iştirak etməyimdir. Yadınızdadır ki, o zaman mən vəzifədə deyildim, amma siz məni qurultayınıza yenə dəvət etdiniz. Elmira xanım mənə bildirdi ki, Yazıçılar Birliyinin qurultayı var, məni oraya dəvət ediblər.

Ondan xahiş etdim, dedim ki, sən bir daha dəqiqləşdir. Sonra o mənə zəng edib dedi ki, mən Anar müəllimlə bu barədə danışdım. Anar müəllim dedi ki, biz onu ürəkdən dəvət etmişik ki, bu, formal bir xarakter daşımır, ona görə də əgər gəlsə, biz məmnun olarıq. Mən bundan sonra ürəkləndim, dedim ki, əgər belədirsə, pis olmaz, gedim görüm yazıçılar necədirlər. Gəldim.

Mən bu faktı niyə bir də xatırlayıram? Çünki müqayisə etmək istəyirəm. Mən o dövrdə, fevral-mart aylarında Ali Sovetin sessiyasında olmuşdum. Xatirinizdədir, Ali Sovetin sessiyasında o salonda oturanların 99 faizi mənimlə bir yerdə və mənim rəhbərliyim altında işləmiş adamlar idilər. Ancaq orada mənə çox hörmətsizlik etdilər, pis münasibət göstərdilər.

Ancaq o vaxt cəsarət edib çox kəskin çıxış edən Bəxtiyar Vahabzadə oldu. Ancaq baxın, - o, həmin insanların münasibəti, bu da şairin münasibəti. Nəhayət, Ali Sovetdə, o sessiyada, o salonda, - hansı ki, həmin binanı vaxtilə mən tikib yaratmışdım, o salonda ki, orada məni həmişə böyük hörmət, ehtiramla qarşılayırdılar, - ancaq orada mənə qarşı o qədər hörmətsizlik və ədalətsizlik olduğu halda, Filarmoniyanın salonunda, yazıçılar qurultayında mənə çox mehribanlıq, çox istiqanlılıq, çox yüksək hörmət göstərildi.

O vaxt mənim imkanım olmadı ki, belə təşəkkür edim. Altı il keçəndən sonra məhz o hadisəyə görə mən sizin hamınıza təşəkkür edirəm. Çox sağ olun. Üçüncü mərhələ isə indiki mərhələdir, Azərbaycanın dövlət müstəqilliyi, azadlığı şəraitində keçirdiyimiz ilk qurultaydır və mənim burada iştirak etməyimdir.

...Bilirsiniz, bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir. Bəzi əsərlər var ki, onlar açıq-açığına xalqımıza milli dirçəliş, oyanış hissiyyatlarını çatdırıbdır: Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, başqalarının əsərləri.

Amma digər əsərlər isə dolayısı ilə, ayrı-ayrı fikirlərlə millətimizdə vətəni sevmək, vətənə sadiq olmaq, Azərbaycanı sevmək, azərbaycanlı olmaq hissiyyatlarını yaradıbdır.

Bu, bizim şairlərimizin, yazıçılarımızın əsərlərinin hamısından keçibdir. Klassik adlandırdığımız Səməd Vurğunun əsərlərindən də, Rəsul Rzanın əsərlərindən də, Süleyman Rüstəmin əsərlərindən də, Məmməd Rahimin əsərlərindən də, Osman Sarıvəllinin əsərlərindən də, Süleyman Rəhimovun, Mehdi Hüseynin, Əbülhəsənin, Əli Vəliyevin, Mir Cəlalın, İlyas Əfədiyevin, Mirvarid Dilbazinin əsərlərindən də keçibdir. ...37-38-ci illərdə bizim ədəbiyyatımıza böyük zərbə vuruldu, böyük itkilərimiz oldu. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Çəmənzəminli və başqaları 37-38-ci illərin qurbanları oldu. Ancaq mən ondan sonrakı ədəbiyyatı inkişaf etdirən yazıçılarımızı, şairlərimizi deyirəm. Onların əsərlərində milli hissiyyatlar həmişə olmuşdur.

Elə burada, rəyasət heyətində oturan şairlərimizin, yazıçılarımızın əksəriyyətində biz bunları hiss etmişik. ...Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidməti var. Bu gün danışdığımız dil 20-ci ildə danışılan dil deyil.